“Şamaxı”nın futbolçuları Dioqo Balau və Andrey Tirkoveanu mükafatlandırılıb.
Prosport.Az xəbər verir ki, onlar "Ayın qolu” layihəsi çərçivəsində mükafat alıblar. Balau və Tirkoveanunun, müvafiq olaraq, avqust və sentyabr aylarında vurduğu qollar ən yaxşı seçilib.
Mükafatları Misli Premyer Liqasının VIII turunun “Şamaxı” - “Kəpəz” görüşündən əvvəl Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.