Azərbaycan millisi FIFA reytinqində irəliləyəcək.
Prosport.Az xəbər verir ki, bu, oktyabrda yığmaların oyunlarından sonra mümkün olub.
Toqo seçməsinin 4 sıra geriləməsi millimizin 1 addım irəli düşməsinə gətirib çıxaracaq.
Hazırda 1142.25 xalı olan yığmamız son siyahıda 123-cü olacaq. Bu isə komandanın 1 pillə irəliləməsi deməkdir.
Azərbaycan ötən ay 1148,09 xalla 124-cü idi.
Qeyd edək ki, milliniz bu ay DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə uduzub.

