Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bütün dünya bizimlə maraqlanmağa başlayıb" - Qurban Qurbanov "Euronews"a danışdı
    17.10.2025 10:47:38

    “Qarabağ” olaraq Çempionlar Liqasında Liqa mərhələsinə yüksəldiyimiz üçün qürur hissi keçirirəm”.

    Prosport.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Euronews” kanalına açıqlamasında deyib.

    53 yaşlı mütəxəssis Azərbaycanı idman ölkəsi adlandırıb: “İstər güləş, istər cüdoda çoxlu çempion idmançılarımız var. Olimpiya və dünya çempionlarımız kifayət qədərdir. Azərbaycan idman ölkəsidir. Futbol elə səviyyəyə çatıb ki, bununla ayaqlaşmaq heç də asan deyil. Çempionlar Liqasında zəif komanda yoxdur. Belə komandalara qalib gəlmək və ön sıralarda olmaq məni sevindirməyə bilməz. Çünki demək olar ki, bütün dünya bizimlə maraqlanmağa başladı”.

    Təcrübəli çalışdırıcı Çempionlar Liqasının Liqa mərhələsində “Benfika” üzərində 3:2 hesablı qələbəni də dəyərləndirib: “Futbolçularla hər zaman deyirəm ki, daha uğurlu nəticələr əldə etmək və böyümək üçün istənilən komandaya qarşı inamlı, cəsarətli oynamalıyıq. Emosiyalarımı sözlə ifadə edə bilmərəm. Çünki “Benfika” kimi komanda önündə 2 top buraxdıqdan sonra 3 qol vurmaq böyük nailiyyətdir. Çünki “Benfika” istənilən an 3 və ya 4-cü qolu vura bilərdi. Belə qələbələrə görə futbolçular həddən artıq sevinirlər. Oyundan əvvəl bəlkə də tək-tük insan nəinki qələbəmiz, hətta bərabərliyimiz barədə düşünərdi. Avropanın bütün ölkələrində qalibiyyətimiz barədə danışıldı. Bu, komandamıza əlavə inam yaratdı. Bu cür turnirdə iştirak etmək haqqımızda daha çox maraqlanmalarına səbəb olur. Yenidən Çempionlar Liqasında çıxış etməyimiz Qarabağ adının tarixini ciddi surətdə bəyan etdi”.

    Qurban Qurbanov daha yaxşı nəticələr qazanmağa çalışacaqlarını vurğulayıb: “Həmişə qarşımıza qoyduğumuz məqsəd maksimum çalışaraq, daha da irəli getmək olub. Get-gedə həm “Qarabağ”a, həm də Azərbaycan futboluna diqqət çoxalır. Belə olan halda da istər-istəməz klubu daha da inkişaf etdirəcəyimizə və uğurlu nəticələr əldə etməyə dair ümidim artır”.

    Qeyd edək ki, “Qarabağ” Çempionkar Liqasında iki turdan sonra 6 xalla liderlər qrupunda qərarlaşıb. Azərbaycan çempionu növbəti oyununu oktyabrın 22-də səfərdə “Atletik”ə qarşı keçirəcək.

    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının adı dəyişdirildi, start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved