“Atletik Bilbao”nun baş məşqçisi Ernesto Valverde mətbuata açıqlama verib.
Prosport.Az xəbər verir ki, mütəxəssis "Qarabağ”ın oyunlarını diqqətlə izlədiyini və təhlükəli, bol qollu oyun göstərmək niyyətindədir.
Baş məşqçi oyunçularına tapşırıq da verib: “Qarabağ”ın qapısına mümkün qədər çox – hətta 9 top – vursunlar".
Qeyd edək ki, “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki növbəti oyunu oktyabrın 22-də keçiriləcək. Bu qarşılaşmada ağdamlılar “Atletik Bilbao” komandası ilə üz-üzə gələcəklər. Matç İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutacaq.