“Krivbas”ın sabiq baş məşqçisi Yuri Vernidub Ukrayna yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə keçirdiyi oyunu dəyərləndirib.
Prosport.Az xəbər verir ki, 59 yaşlı mütəxəssis komandasının çıxışını tənqid edib.
O, millinin hücum futbolu oynamaqdan qorxduğunu düşünür: “Mənim üçün bu, qeyri-sağlam vəziyyətdir. Çünki nəticəni qorumağa başlasanız, çox nadir hallarda buna nail olursunuz. Bu, Azərbaycanla oyunda da oldu. Komanda qələbə hesabını qorumaq üçün oynadı. Bu da rəqibə bərabərlik qolu vurmaq üçün hücuma atılmaq imkanı yaratdı. Ona görə də belə halların qarşısını almaq üçün bunun üzərində işləmək lazımdır”.
Qeyd edək ki, Krakovda keçirilən Ukrayna – Azərbaycan matçında millimiz 1:2 hesabı ilə məğlub olub.