Ağdamın “Qarabağ” futbol klubunun ispaniyalı futbolçusu Joni Montiel sevdiyi xanıma evlilik təklif edib.
Prosport.Az xəbər verir ki, bu barədə onun sevgilisi Karlota Brunei özünün “İnstagram” səhifəsində paylaşım edib.
“Bəli, səninlə əbədi başlanğıca” - deyə xanım paylaşdığı fotoya şərh olaraq yazıb.
Xatırladaq ki, “Qarabağ” İspaniyanın “Rayo Valyekano” klubunun yetirməsi olan Joni Montieli bu ilin avqust ayında öz sıralarına qatıb.
Futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Hücumameylli yarımmüdafiəçi “Qarabağ”da 9 nömrəli forma ilə çıxış edəcək. O, İspaniyanın U-17, U-18 və U-19 yığmalarının formasını geyinib. Legioner zədə səbəbindən hələlik “Qarabağ”ın heyətində rəsmi debüt etməyib.