Futbol üzrə Azərbaycan I Liqasında V tur start götürüb.
Prosport.Az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
"Səbail" evdə "Zaqatala" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.
Yeganə qolu 84-cü dəqiqədə Kamran Quliyev vurub.