Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun Ukrayna ilə DÇ-2026-nın seçmə mərhələ matçından əvvəl aldığı zədənin ciddi olduğu ortaya çıxıb.
Prosport.Az xəbər verir ki, “Araz-Naxçıvan”ın təcrübəli müdafiəçisi təxminən 2 aya yaxın yaşıl meydanlardan kənarda qalacaq.
Bununla belə, Məmmədovun bu il meydana çıxa bilməmək riski də var.
Qeyd edək ki, Rahil Məmmədov DÇ-2026-nın seçmə mərhələsinin Parisdə Fransaya qarşı keçirilmiş görüşündə (0:3) sonradan meydana çıxmışdı.