“Qarabağ”ın futbolçusu Marko Yankoviç məşqlərə başlayıb.
Prosport.Az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi artıq komanda ilə ümumi məşqlərə də qoşulub.
Lakin oyunçunun “Atletik” ilə matçda çıxış edib-etməyəcəyi məlum deyil.
Marko Yankoviç Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Benfika” ilə keçirilən görüşdə zədələnmişdi.
Xatırladaq ki, “Atletik” (Bilbao) – “Qarabağ” matçı oktyabrın 22-si saat 20:45-də “San Mames” stadionunda keçiriləcək.