Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ"ın məşqçisi "Qalatasaray"da: "Okan Burukla günün 10 saatını birgə keçirirdik"
    14.10.2025 15:43:19

    "Qarabağ"ın məşqçisi Hüseyn Seyidov Türkiyənin "Qalatasaray" klubunda təcrübə proqramı keçib.

    Prosport.Az xəbər verir ki, mütəxəssis Ağdam klubunun saytına açıqlamasında səfərin onun üçün həm peşəkar, həm də şəxsi baxımdan çox önəmli olduğunu deyib:

    "Bu imkanı yaratdıqları üçün klubun baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov başda olmaqla hər kəsə təşəkkür edirəm. Bu, mənim üçün çox dəyərli bir təcrübə idi. Həm özümü sınamaq, nəyə qadir olduğumu görmək, həm də hansı sahələrdə biliklərimi artırmalı olduğumu dərk etdim. "Qalatasaray"da çox isti münasibətlə qarşılandım. Baş məşqçi Okan Buruk və qapıçılar üzrə məşqçi Fadıl Koşutan ilə günün 10 saata qədərini birgə keçirirdik. Video təhlillərdən tutmuş, hər qapıçıya fərqli yanaşma prinsiplərinə qədər bir çox məsələləri müzakirə etdik. Müasir futbolun trendlərini yaxından izləmək və öyrənmək imkanım oldu".

    O, Fadıl Koşutanla iş prosesinin onun üçün xüsusilə faydalı olduğunu qeyd edib: "Fadıl Koşutan UEFA-nın PRO kateqoriyalı məşqçisidir. Onunla gün ərzində uzun müzakirələr aparırdıq. O, uzun illər Taffarel və Muslera ilə çalışmış mütəxəssisdir. Sonuncu gün artıq tam açıq fikir mübadiləsi şəraitində idik. Mənim bu qədər uzaq məsafədən sırf öyrənmək məqsədilə gəldiyimi bildirdi və bunu yüksək qiymətləndirdi. Bu münasibət mənim üçün əlavə motivasiya oldu. Açığı, oradan böyük bir özgüvənlə qayıtdım".

    Seyidov "Qalatasaray" və "Qarabağ" arasındakı fərqlərdən də danışıb: "Təbii ki, müəyyən fərqlər var. "Qalatasaray" Avropadakı yenilikləri çox tez mənimsəyir və onları öz sisteminə tətbiq edir. Bu baxımdan bizdən bir neçə addım öndədirlər. Amma artıq "Qarabağ"da da həmin yenilikləri tətbiq etməyə başlamışıq. Ümumi məşq prosesi baxımından isə ciddi fərq yoxdur. Sadəcə, orada qapıçı məşqçiləri üçün yaradılan şərait fərqlidir. Onların fərdi otaqları, xüsusi inventarları və təhlil imkanları var. Bu, işin keyfiyyətinə birbaşa təsir edir".

    O, bu istiqamətdə klub rəhbərliyinə də təkliflərini çatdırdığını bildirib: "Rəhbərliyimiz bu məsələyə çox pozitiv yanaşdı və dəstək verdi. Düşünürəm ki, bu, işimizin effektivliyini daha da artıracaq. Bu səfər mənim üçün həm təcrübə, həm də motivasiya baxımından böyük addım oldu. Əldə etdiyim bilik və təcrübəni artıq komandamızda tətbiq etməyə başlamışam"

    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının adı dəyişdirildi, start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved