"Azərbaycan millisinə qarşı oyun çətin oldu".
Prosport.Az xəbər verir ki, bu sözləri Ukrayna yığmasının futbolçusu Aleksey Qutsulyak yerli mətbuata açıqlamasında deyib.
27 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri görüşü şərh edib: "Əsas odur ki, qələbə qazana bildik. Bu qalibiyyəti bütün ukraynalara və əsgərlərimizə həsr edirik. Onlara görə qələbəyə nail olduq".
Qeyd edək ki, Azərbaycan millisi rəqibinə 1:2 hesabı ilə uduzub. Görüşdə hesabı 30-cu dəqiqə Aleksey Quçulyak açıb.