Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Yığmada ölkəni sevməyən futbolçu yoxdur" - Mahir Emreli
    14.10.2025 11:42:54

    Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya 1:2 hesablı məğlubiyyətdən sonra suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, hücumçu yığmanın çıxışı ilə yanaşı, Almaniyanın "Kayzerslautern" klubunda heyətə düşə bilməməsini də şərh edib.

    - Fransa və Ukrayna ilə matçlar barədə düşüncələriniz necədir?

    - Fransa ilə müdafiə futbolu oynadıq. Çalışırdıq rəqibin hücumlarının qarşısını alaq. Fransanın gücü hamıya bəllidir. Bizdən üstün rəqiblər belə, Fransa yığmasına qarşı oyunda çətinlik çəkir. Ukrayna ilə oyunda hiss olunurdu ki, yaxşı nəticə əldə etmək istəyirik. Yığmada ölkəni sevməyən futbolçu yoxdur. Sistem doğru olanda rəqibə qarşı istədiyimiz oyunu göstərə bilirik.

    - Azarkeşlərin Fransa ilə oyunda zəif çıxışınıza görə sizi qınaması səbəbindən Ukrayna ilə görüşdə ehtiyatda qaldığınızı demək olar?

    - İnanmıram, Ayxan müəllim buna görə qərar versin. Əvvəldən danışılmışdı ki, Fransa ilə oyunda təcrübəli futbolçular lazımdır, ona görə mənə üstünlük verilmişdi. Fransızlarla matçda hər kəs əlindən gələni etdi. İnsanların narazı olduğu məqamı anlaya bilmirəm. Bəlkə də buna pozitiv yanaşmaq lazımdır. Fransaya 45 dəqiqə qol şansı vermədik. Meydanın içində özümüz inanmağa başlayırdıq ki, xal almaq olar (gülür). Amma rəqibin top səviyyəli futbolçuları var və onlar oyunun taleyini həll etdilər.

    - İki oyunda çərçivəyə cəmi 2 dəqiq zərbə vurmuşuq...

    - Zərbələrdən biri qol olub (gülür). Başa düşürəm ki, belə məqamlara diqqət yetirirsiniz. Bir neçə ölkədə oynamışam. Media nümayəndələrinin ilk öncə neqativə, sonra isə pozitivə baxdığının şahidi olmuşam. Əslində, bu, yaxşı şeydir. Nəzərə almalıyıq ki, Ayxan müəllimin 3-cü oyunudur. Yeni məşqçi, yeni sistem deməkdir. Bizim birlikdə olmağa çox vaxtımız olmayıb. Tək mən yox, yerli çempionatda limit ləğv olunduğu üçün bir neçə futbolçu komandasında daimi çıxış etmir.

    - İslandiya Fransa ilə heç-heçə oynadı. Bu barədə nə deyə bilərsiniz?

    - Fransa və İslandiya kimi komandaların üzvləri illərdir birlikdə oynayırlar. İndi baş məşqçimiz yerlidir. Mentalitetimizi bilir və bu da bizə əlavə motivasiya verir. Zamanla yaxşı milli olduğumuzu sübut edəcəyik. Ən azı bu rəqiblərlə başa-baş mübarizə apara bilərik.

    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının adı dəyişdirildi, start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved