Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Futbol
    "Bu, yaralı yerimizdir, rəhbərliklə müzakirə edirik" – Ayxan Abbasov
    14.10.2025 01:36:23

    Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsində Polşada Ukrayna yığmasına 1:2 hesabı ilə uduzub.

    Prosport.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

    "Bilirdik ki, gərgin oyun olacaq. Futbolçularımızda yorğunluq var idi. Dünən qayğılı idik. Amma futbolçular xarakter göstərdi. Təşəkkür edirəm. 3 gündən bir böyük komandalara qarşı oynamaq vacibdir. Futbolçularımdan inamlı, rahat olmalarını istəmişdim. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. Matçın ilk 10-15 dəqiqəsi çox çətin keçdi. Qələbə qazanmaq istəyirdilər. Nəriman Axundzadə epizodu qola çevirsəydi, hər şey başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticə gələcək. Evdə 2 oyunumuz var. Onlara hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq".

    - 3 gündən bir oynamağa öyrəşmək üçün nə etmək lazımdır?

    - Uzun söhbətdir. Futbolçularımız gənc yaşlarından buna öyrəşməlidirlər. Bəlkə də liqalarda oyunların sayını çoxaltmaq lazımdır. Ukrayna ilə yaxşı mübarizə apardıq. Bəlkə də ilk oyunu Ukraynaya qarşı oynasaydıq, başqa cür olardı. Çempionatımızın tempi, futbolçularımız 90 dəqiqə oynasa, daha yaxşı olar. Amma inanın ki, bu gün futbolçular əllərindən gələnin artığını etməyə çalışdı.

    - 30 ildən sonra milli qoşa oyunların əziyyətini çəkib. Adətən uğursuzluq olub. Fransadan sonra Ukraynaya məğlubiyyəti bununla əlaqələndirmək olar?

    - Futbolda öncədən nəsə demək çətindir. İslandiya ilə matçdan sonra xal qazandıq. Hər kəs düşünürdü ki, uşaqlar uzaq yoldan gəlib. Bəzən istək, ruh olanda yorğunluğu da hiss etmirlər. Emin Mahmudov fiziki göstəricilərinə görə komandanın ən yaxşısıdır. Bəlkə də Eminin gücü yox idi. Amma necə sürüşmə fəndi etdi. Bütün futbolçular yorğun olsalar da, mübarizə aparırdı. Uduzmaq istəmirdilər. Buna öyrəşməliyik. Futbolçulara səhər demişdim ki, yorğunluğu özümüzə psixoloji problem etməyək. Rəqib də yoldan gəlmişdi. Öyrəşmək lazımdır. Turnir bunu tələb edir.

    - Komandada özgüvən artarsa, nəyəsə nail olmaq olar?

    - Ruhumuz olmasa, istəyirsiniz, yaxşı futbolçunuz olsun, komanda formalaşdırmaq çətindir. Millidə böyük vaxt da yoxdur. 4-5 gündə yığışıb, belə oyunlara hazırlaşmaq üçün deyirəm. 1-ci və 2-ci toplanışı müqayisə etsək, komandada fərq var. Oyun göstəririik. Fransa imkan vermədi. Onlara qarşı da bunu etmək istəyirdik. Fransa oyunu uşaqlara güvən vermişdi. Bu gün daha güvənli idilər. Belə oynasaq, belə davam etsək, özgüvən faiz etibarı ilə artacaq. Məncə, daha yaxşı ola bilərik.

    - Komanda ilyarımdır ki, qələbə qazana bilmir. İslandiya ilə Bakıda görüş var. Bu oyunda qələbə üçün riskə getməyi planlaşdırırsınız?

    - İkili oyunlar zamanı sistemi oturtmaq istəyirik. Rəqib nə qədər imkan verirsə, hücum etməyə çalışırıq. Heç kim deyə bilməz ki, hücum etmirdik. Çoxdandır qələbə qazanmırıq. Bu gün belə rəqiblərlə mübarizə aparmaq çətindir, gerçək danışaq. İslandiya ilə matçdan mən də ümidliyəm, azarkeş dəstəyini görmək istəyirik. Fransa və Ukraynanı gördübüz, fərqi sezdiniz. Burada da artırmalıyıq. Azarkeşlər də bilirəm ki, millidən güvən verən oyun istəyir. Hamısı birlikdə, azarkeş dəstəyi olsa, biz də evdə dominant, istəkli olarıq. Nəriman Axundzadə zədədən gəlmişdi, Musa Qurbanlı oyuna yaxşı qoşuldu, Toral Bayramovu qeyd edərdim. Mahir Emreli və Rüstəm Əhmədzadə yaxşı formada olsa, bizim üçün yaxşıdır. Abbas və Elvinin də hücumda köməyi dəydi, yaxşı idilər.

    - Bu gün Prmeyer Liqamızdakı hansı legioner olsaydı, bir xal qazanmaq olardı?

    - Legioner desəm, komandama qarşı haqsızlıq edərdim. Adını desəm...(gülür). Amma var. İslandiya və Farer adalarında 3-4 oyunçu var. Futbolçularım bu gün pis deyildi.

    - Milli komandanın daha yaxşı olması üçün, həm də klubların işləməsi lazımdır. Abdulla Xaybulayev sizin kəşfiniz hesab edə bilərik. Klublar yerlilərin inkişafı üçün dəstək verməlidir?

    - Yaxşı mövzudur. Təəssüf ki, mən həm də klub məşqçisiyəm, nəsə desəm, düz anlaşılmır. Şahruddin oyunu buraxacaq. Nə edək? O epizodda qırmızı vərəqəyə baxılmalı idi. Düzdür, o epizoda getməməli idi. Amma biz bir qapıçıdan ibarət olmalı deyilik. Qapıçılarımız var, güvənməliyik. Futbolçuların da günahı var. Onlar da qərar verməlidir ki, klubda oynamaq ehtimalı azdırsa.... Rüstəm Əhmədzadəni bu gün alqışlamalyııq. "Sumqayıt"a gəldikdən sonra tam başqa olub. Demək ki, futbolçular öz komandalarını tapmalıdırlar. İddialı klublardan getmək istəmirlər, rahatdırlar. Futbolçular oynasa, milli üçün yaxşı olacaq. Bəzi məsələlər var ki, rəhbərliklə müzakirə edirik. Yaralı yerimizdir. Ümidliyəm ki, daha yaxşı olacağıq.

    - Bundan sonra millidən nə gözləyək? Düzdür, komanda son 2 matçda əzmkar oynadı, amma qol üçün qapıya zərbə lazımdır...

    - Qapıya zərbə lazımdır. Zərbə çox oldu. Bizə yaxın rəqiblərlə başabaş və üstün oynaya blərik. Bunu elə-belə demədim. Komandamın potensialını görüb, bunu deyirəm. Eyni səviyyədə olan rəqiblərlə daha üstün oynaya bilərik. Ukrayna ilə bizi müqayisə etsək, bizdən üstündürlər. Hər şey asan danışılası deyil, amma əzmkarlığı rahat deyirik. Amma o da yox idi axı. Nə qədər deyirdik ki, millidən əzmkarlıq istəyirik. Bu gün bu var. Bunu asanlıqla demək və üstündən keçmək olmaz. Buna da qiymət vermək lazımdır.

    Futbol

    FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

    19.01.2026 22:53:27
    Futbol

    "Bakıya qalib gəlmək üçün gedirik" - "Ayntraxt"ın idman direktoru

    19.01.2026 22:20:27
    Futbol

    "Ayntraxt"da zədəli oyunçular var, "Qarabağ" bundan istifadə etməlidir" - VİDEO

    19.01.2026 21:54:42
    Futbol

    "Zirə"ni "Şamaxı"ya dəyişdi

    19.01.2026 21:23:02
    Futbol

    "Qarabağ"ın rəqibi baş məşqçisi ilə bağlı qərar verdi

    19.01.2026 18:45:24
    Futbol

    "Kluba yeni direktorun təyin olunmasından sonra vəziyyət müsbət istiqamətdə dəyişdi" - Azər Həşimov

    19.01.2026 18:44:50
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA reytinqi: Azərbaycan millisinin mövqeyi dəyişmədi

    19.01.2026 22:53:27

    "Bakıya qalib gəlmək üçün gedirik" - "Ayntraxt"ın idman direktoru

    19.01.2026 22:20:27

    "Ayntraxt"da zədəli oyunçular var, "Qarabağ" bundan istifadə etməlidir" - VİDEO

    19.01.2026 21:54:42

    "Zirə"ni "Şamaxı"ya dəyişdi

    19.01.2026 21:23:02

    "Qarabağ"ın rəqibi baş məşqçisi ilə bağlı qərar verdi

    19.01.2026 18:45:24

    "Kluba yeni direktorun təyin olunmasından sonra vəziyyət müsbət istiqamətdə dəyişdi" - Azər Həşimov

    19.01.2026 18:44:50

    "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı

    19.01.2026 18:06:22

    Güləş yığmalarımız ilin ilk toplanışına başladı

    19.01.2026 17:49:37

    İlk dəfə bu idman növü üzrə Azərbaycan Kuboku keçiriləcək

    19.01.2026 17:16:20

    Premyer Liqa klubu sabiq baş məşqçisinə mövsümün sonunadək təzminat ödəyəcək

    19.01.2026 16:46:53

    "İnkişaf üçün bu gün dünəndən daha yaxşı olmalıyıq" - Federasiya prezidenti

    19.01.2026 16:11:24

    Azərbaycandan ayrıldı, 7 ay klubsuz qaldı

    19.01.2026 15:45:52

    Çempionlar Liqası: "Qarabağ"ın oyununa satılmış bilet sayı açıqlandı

    19.01.2026 15:14:46

    Azərbaycan çempionatında əcnəbi hakimlər

    19.01.2026 14:52:07

    Millimizin üzvləri müxtəlif testlərdən keçdilər

    19.01.2026 14:12:56
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved