Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Nəticə üçün hücumameyilli oyun lazımdır" - Roman Qriqorçukdan millimizə məsləhət
    13.10.2025 12:14:57

    "Azərbaycan Ukrayna ilə ikinci matçın əhəmiyyətini yaxşı dərk etdiyi üçün ciddi müqavimət göstərə bilər".

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk bu gün DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Ukrayna - Azərbaycan oyunu barədə ölkəsinin mətbuatına müsahibəsində deyib.

    Ukraynalı mütəxəssis ölkəsinin yığmasını matçın favoriti hesab etdiyini, lakin Azərbaycan seçməsinin də ciddi rəqib olduğunu bildirib: “Fikrimcə, Ukrayna bu oyunun aşkar favoritidir və Bakıda qeydə alınan heç-heçəyə (1:1) görə revanş almalıdır. Bizim futbolçular daha yüksək səviyyədə oynayırlar və Avropanın nüfuzlu klublarında çıxış edirlər. Azərbaycan millisində texnikalı, keyfiyyətli oyunçular çoxdur. Amma, düşünürəm ki, onlar daha çox müdafiə futbolu nümayiş etdirirlər. Nəticə üçün hücumameyilli oyun lazımdır. Məsələn, Almaniyanın “Kayzerslautern” klubunun formasını geyinən Mahir Emreli kifayət qədər yaxşı hücumçudur. “Neftçi’dən Emin Mahmudov da yüksək səviyyəli yarımmüdafiəçidir. Həmçinin bir neçə futbolçusu da fərdi baxımdan güclüdür. Üstəlik, bu yığmanın əsas hissəsi “Qarabağ”ın futbolçularından formalaşıb. Komanda bu mövsüm Çempionlar Liqasında Portuqaliyanın “Benfika” və Danimarkanın “Kopenhagen” kollektivlərini məğlub edib. Bu, Azərbaycan futbolunun səviyyəsinin göstəricisidir”.

    R.Qriqorçuk Azərbaycanın daxili çempionatının da yüksək səviyyəyə malik olduğunu vurğulayıb: “Bəziləri düşünür ki, Azərbaycan Premyer Liqası zəifdir. Amma bu, yanlış fikirdir. Orada səviyyəli futbol oynanılır, infrastruktur və şərait də normaldır”.

    Qeyd edək ki, Krakov şəhərindəki Yozef Pilsudski adına stadionda oynanılacaq Ukrayna – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk 3 turdan sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. 4 xalı olan Ukrayna seçməsi isə 2-ci sırada qərarlaşıb.

    Futbol

    "Xankəndi"nin Xankəndiyə qayıdacağı tarix bilindi

    23.09.2026 10:54:08
    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Xankəndi"nin Xankəndiyə qayıdacağı tarix bilindi

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının və klubunun adı dəyişdirildi, "Azərmaş" sponsor gəldi

    22.09.2026 19:04:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved