Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Futbolçularıma dedim ki, İslandiya ilə oyunu çox vacib edə bilərik" - Ayxan Abbasov
    12.10.2025 22:06:40

    Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin IV turu çərçivəsində Polşada Ukrayna yığması ilə qarşılaşacaq.

    Prosport.Az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    "Sabah bizi yenə gərgin oyun gözləyir. Mənim təyinatımdan sonra ilk oyunumuz Fransaya qarşı səfərdə idi, indi də Ukrayna ilə səfərdə oynayırıq. Ardıcıl iki səfər matçı çətindir. 3 günlük pauza var. Futbolçularımızda yorğunluq olur. Amma çalışacağıq ki, nələrisə dəyişək və daha yaxşı olaq. Komandamıza, futbolçularımıza inanıram. Necə ki, Fransa ilə mübarizə apardılar, bu oyunda da aparmalıyıq. Bu görüşdə daha da yaxşı olmalıyıq. Bilirik ki, Ukrayna bu förüşə final kimi yanışır. Son matçda ağır səfərdə mühüm qələbə qazandılar. İslandiyada bütün komandalar üçün oynamaq çətindir. Ukrayna Bakıdakı heç-heçədən sonra bizə yanaşmaları başqa cür olacaq. Bu, bizi çəkindirmir. Əgər biz gələcəyə nikbin baxmaq istəyiriksə, çəkinmədən mübarizə aparmalıyıq. Futbolçularımıza da bunu bildirmişik. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik".

    - Sabahkı oyun üçün strategiya və taktika başqa cür olacaq? Yoxsa, əks-hücumda oynayacaqsınız?

    - Necə ki, Ukrayna Fransaya qarşı mübarizə aparırdı, rəqib ondan üstün idi. Ukrayna da tələsmədi, bütün oyunu əks-hücumda keçirirdi. Bu da normaldır. Bu gün də bizlə Ukrayna arasındakı fərq də məlumdur. Oyunun gedişatı önəmlidir. Məşqlərdə çalışdığımızın alınıb-alınmaması da önəmlidir. Bəzi fikirlərimiz var. Bunu indi deməyimiz düzgün olmaz. Rəqibə görə də bəzi dəyişikliklər olacaq. Mübarizə aparacağıq.

    - Ukrayna millisinin hansı zəif və güclü tərəfləri var? Hansı oyunçusundan ehtiyatlanırsınız?

    - Ukrayna millisində güclü, fərdi keyfiyyətə malik oyunçular var. Son matçda da bunu göstərdilər. Təhlil zamanı oyunçularımıza bunu göstərmişik. Hücum xəttindəki oyunçuları yaxşıdır. Avropada yaxşı klublarda oynayırlar. Güclü müdafiəçisi var, İlya Zabarnı PSJ-də oynayır. Bu da komandanın ustalığından xəbər verir. Fərdi də yanaşmışıq. Futbolçularımıza bunları göstərmişik. İlk oyunda oynamışıq deyə, Ukraynanı daha yaxından tanıyırıq.

    - Sabah "23-lük"dən kənarda kimlər olacaq? Səbəbi nədir?

    - Bəli, oyunçular bəllidir. Təəssüf ki, İsmayıl İbrahimli və Ceyhun Nuriyev ilk oyunda da yox idi. İsmayıl Fransadakı məşqdə yüngül zədələndi, Ceyhun xəstədir, Renat Dadaşov da tam hazır olmadığına görə "23-lük"dən kənar qalacaqlar.

    - Elvin Cəfərquliyev bayaq bildirdi ki, sabahkı nəticə yığmanın turnir cədvəlindəki mövqeyinə təsir edəcək. Mental olaraq, komandaya qələbə ruhunu aşılaya bilmisiniz?

    - Biz hər oyunda çalışırıq ki, futbolçularımızda qələbə ruhu olsun. Rəqibin fərqi yoxdur. Ən çətin rəqib olanda belə, qalib gəlmək istəmədiyimizi demirik. Oyundan-oyuna futbolçularda fərq olacaq, inam gələcək. Xal qazanmq istəyirik. 4 komanda olanda daha çətindir. Rəqiblər bizdən üstündür. Futbolda bu gün mümkünsüz heç nə yoxdur. Sevinirəm ki, futbolçular bunu anlayır. Yanaşmaları fərqlidir. Allah qoysa, belə davam etsək, nəticə olacaq.

    - Sergey Rebrov Bakıdakı oyundan danışarkən, müxtəlif bəhanələrlə qazandığınız bir xala kölgə salmağa çalışıb...

    - Bizim ilk oyunumuz idi. Rəqibi tam təhlil etməmişdik. Meydança o qədər də keyfiyyətsiz deyildi. Ola bilər ki, Avropadakı meydançalarla müqayisədə bir az ağır idi. Amma məncə, oyunumuz bir xalı haqq edirdi. Çünki fubtolçularımız mübarizə apardı. Ukrayna qol epizodları baxımından bizdən üstün idi. Amma həmin oyunda bir xalı haqq edirdik.

    - Yayılan məlumatlara görə, baqajlar gec gəlib. Bu, planlarınıza necə təsir etdi?

    - Məşq etmişik, elə də problem olmayıb. Bəli, nələrsə gecikmişdi. Amma dünənki planımızda dəyişiklik olmadı. Bərpanı qaldığımız oteldə keçdik, oynamayanlar məşq etdi. Yəqin ki, bu da hansısa təzyiqdir. Amma heç bir problem yoxdur. Hər şey qaydasındadır.

    - Sergey Rebrov deyib ki, bizə xal Azərbaycandan daha çox lazımdır...

    - Futbolçularıma bir kəlmə dedim. Bildirdim ki, biz İslandiya ilə oyunu çox vacib edə bilərik. Bu həyəcanı yaşamağı haqq edirlər. 

    Futbol

    Azərbaycanlı futbolçu klubunu FIFA-ya şikayət etdi

    24.07.2026 23:44:50
    Futbol

    I Liqa klubunda afrikalı yarımmüdafiəçi

    24.07.2026 22:44:56
    Futbol

    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov

    24.07.2026 22:16:50
    Futbol

    "Araz-Naxçıvan" – "İmişli" matçında qalib müəyyənləşmədi

    24.07.2026 21:33:17
    Futbol

    "Araz-Naxçıvan" Ceyhun Nuriyevi transfer etdi

    24.07.2026 19:42:52
    Futbol

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanlı futbolçu klubunu FIFA-ya şikayət etdi

    24.07.2026 23:44:50

    Azərbaycanı Misirdə onlar təmsil edəcək - ADLAR

    24.07.2026 23:17:40

    I Liqa klubunda afrikalı yarımmüdafiəçi

    24.07.2026 22:44:56

    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov

    24.07.2026 22:16:50

    Bakıda keçiriləcək beynəlxalq cüdo turnirinin püşkü atıldı

    24.07.2026 21:55:48

    "Araz-Naxçıvan" – "İmişli" matçında qalib müəyyənləşmədi

    24.07.2026 21:33:17

    U17 dünya çempionatının medalları təqdim olundu

    24.07.2026 20:03:47

    Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

    24.07.2026 19:47:11

    "Araz-Naxçıvan" Ceyhun Nuriyevi transfer etdi

    24.07.2026 19:42:52

    Millimizin üzvü Tovuz klubunda

    24.07.2026 18:40:04

    "Qələmlə meydana" jurnalist müsabiqəsinin qaliblər mükafatlandırıldı

    24.07.2026 18:23:12

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    24.07.2026 18:15:30

    Premyer Liqa klubunu I Liqa təmsilçisinə dəyişdi

    24.07.2026 17:51:11

    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq" - Elxan Səmədov

    24.07.2026 17:15:09

    "Real Madrid" bu oyunçunu komandada saxladı

    24.07.2026 16:56:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved