AFFA milli komandanın baş məşqçisi postundan istefaya göndərilən Fernandu Santuşa təzminat ödəyib.
Prosport.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.
Bildirilib ki, portuqaliyalı mütəxəssislə müqavilədə yer alan bütün şərtlərə əməl edilib.
AFFA rəsmi şəkildə məbləği açıqlamasa da, əldə edilən məlumata görə, ona 1 milyon 800 min avro (3 milyon 700 min manat) təzminat ödənilib.
Xatırladaq ki, Fernandu Santuş sentyabrın 8-də istefaya göndərilib.