Belarus millisinin və "Vitebsk” klubunun müdafiəçisi Zaxar Volkovun bu mövsüm “Qarabağ”da oynamaq imkanı olub.
Prosport.Az xəbər verir ki, futbolçu bu barədə ölkəsinin mediasına müsahibəsində deyib.
"Vitebsk“lə müqavilə imzaladım, 1 saat sonra agentim zəng etdi. Dedi ki, “Qarabağ”dan zəng vurublar. Cavab verdim ki, artıq razılaşmışam, söz vermişəm. Ona görə də şans yoxdur. Qərarımı dəyişməyəcəyəm" – deyə Volkov bildirib.
Qeyd edək ki, Zaxar Volkov bu yay “Vitebsk” klubuna Rusiya “Arsenal”ından keçib.