Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək.
Prosport.Az xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda səfərdə Çexiya yığması ilə üz-üzə gələcək.
Karvina şəhər stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək qarşılaşmanı şimali makedoniyalı FIFA referisi Yovan Kaçevski idarə edəcək.
Hazırda B qrupunda Portuqaliya millisi 6 xalla liderdir. Eyni xala malik Çexiya ikinci pillədə qərarlaşıb. Bolqarıstan 4 xalla üçüncü, Şotlandiya 3 xalla dördüncüdür. 1 xala malik Azərbaycan beşinci, xalı olmayan Cəbəllütariq isə sonuncu - altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, U-21 seçmə mərhələdə daha əvvəl keçirdiyi görüşlərdə səfərdə Portuqaliya yığmasına 0:5 hesabı ilə məğlub olub, Bakıda Bolqarıstanla heç-heçə edib - 1:1.