İngiltərənin “Çelsi” klubunun zədəli futbolçusu Koul Palmerin durumuna aydınlıq gəlib.
Prosport.Az BBC-yə istinadən xəbər verir ki, qasıq nahiyəsindəki xroniki zədədən əziyyət çəkən 23 yaşlı yarımmüdafiəçi bərpa dövrü keçirir.
Pleymeykerin oktyabr ayında meydana çıxmayacağı bildirilib. Onun Çempionlar Liqasında “Qarabağ”a qarşı keçiriləcək oyunadək sıraya qayıdacağı gözlənilir.
Qeyd edək ki, qarşılaşma noyabrın 5-də Bakıda keçiriləcək.