"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan "Napoli"nin daha bir futbolçusu zədələnib.
Prosport.Az xəbər verir ki, Stanislav Lobotkadan sonra Matteo Politano da sıradan çıxıb.
Hər 2 futbolçu zədə səbəbindən oktyabrda milli komandanın oyunlarını buraxacaq. S. Lobotka Slovakiya, M. Politano İtaliya millisinin üzvüdür.
Onlar A seriyasında “Cenoa” ilə oyunda (2:1) zədələniblər.
Qeyd edək ki, "Qarabağ" "Napoli" ilə noyabrın 21-də İtaliyada qarşılaşacaq.