Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Toral Bayramov “Şaxtyor”un maraq dairəsindədir.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, yayda Donetsk klubunun sükanı arxasına keçən Arda Turan müdafiəçini öz sərəncamında görmək istəyir.
Türkiyəli baş məşqçi azərbaycanlı cinah oyunçusu ilə bağlı Ukayna klubunun rəhbərliyinə raport təqdim edib. Mütəxəssis hələ “Eyüpspor”u çalışdırdığı vaxt Bayramovun onun diqqətini çəkdiyini, “Şaxtyor”a gələrsə, özünü yaxşı tərəfdən göstərə biləcəyini söyləyib.
Arda Turan hesab edir ki, “Xəzər Lənkəran”ın yetirməsi böyük potensiala malikdir və 2-3 ilə yüksək qiymətə Avropa klublarına satılması mümkündür.
Mütəxəssis son vaxtlar “Qarabağ”da əsas heyətə düşməyə çətinlik çəkən yarımmüdafiəçinin sonradan birləfəlik transfer hüququna yiyələnmək şərti ilə icarəyə götürülməsinə də tərəfdardır.