Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Onlardan bir gündə üz döndərməli deyilik" - Ayxan Abbasov
    8.10.2025 18:18:14

    "Yüngül zədədən qayıdanlar var. Əsas odur ki, hamı bu oyunların mahiyyətini bilir. Bizi ağır matçlar gözləyir. Komanda olaraq istəkli olmaq və xarakter göstərmək, təslim olmamaq lazımdır". 

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

    Mütəxəssis DÇ-2026-nın seçmə mərhələsinin Fransa ilə oyunu üçün Parisə səfər öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırıb.

    O, qısa müddət ərzində komandada nəyi dəyişə bildiyinə dair suala belə reaksiya verib: "Əlbəttə ki, birdən-birə nəyisə dəyişmək çətindir. Əvvəlcə yanaşmamızı dəyişməliyik. İnanıram ki, futbolçular formanın dəyərini biləcəklər. Get-gedə daha yaxşı olacağıq".

    Fransa millisinin əsas oyunçularından Kilian Mbappe və Usman Dembelenin Azərbaycanla matçı buraxacağı gözlənilir. Bredli Barkolanın isə görüşdə iştirak etməyəcəyi dəqiqdir. A.Abbasov buna da münasibət bildirib: "Fransa güclü komandadır. Alternativləri adlarını çəkdiyiniz oyunçulardan geri qalmır. Fransaya qarşı komanda olaraq hazırlaşmışıq. Elə futbolçular var ki, komandada vacib rol oynayır. Mbappe, Dembele də onlardandır". 

    Baş məşqçi üzərlərində təzyiq hiss etmələrinə baxmayaraq, komandanın motivasiyalı olduğunu və hər oyunda maksimum xal qazanmaq istədiyini söyləyib: "Hər kəsə təşəkkür edirəm. Dəstək var, bu, motivasiyadır. Millidə çalışmaq bizim üçün qürurdur. Böyük məsuliyyətdir. Harada olduğumuzu bilirik. Uğurlu çıxış etməyə çalışacağıq. Təzyiqlər normaldır. Belə böyük komandanın baş məçqçisi olmaq qürurvericidir. Hər oyunda maksimum xal qazanmaq istəyirik. Çox çətin qrupdayıq. Evdə də 2 oyunumuz var". 

    Mütəxəssis sonda Rüfət Abdullazadənin milliyə dəvət edilməməsinin səbəbini açıqlayıb: "Hər dəfə millinin heyəti açıqlanandan sonra fikir mübadiləsi olacaq. Keçən oyunlarda Murad Xaçayevin, Faiq Hacıyevin milliyə niyə dəvət olunmamasından danışdılar. Kənarda qalanlardan danışılır. Rüfəti yaxşı tanıyıram. Bu gün biz başqa cür yanaşırıq. Həmin mövqedə oyunçularımız var. Bir oyunçu artıq dəvət etdik. Gələn oyunlarda dəyişiklik olacaq. Təyinatım matçlara bir həftə qalmış reallaşdı. Tam seleksiyamız olmamışdı. Bundan sonra bütün futbolçulara baxılacaq. Bəzi futbolçular az oynasa da, onlar milliyə lazımdır. Onlardan bir gündə üz döndərməli deyilik. Rüfət və digərləri var ki, qarşıdakı toplanışda bizimlə olacaq".

    Futbol

    "Xankəndi"nin Xankəndiyə qayıdacağı tarix bilindi

    23.09.2026 10:54:08
    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Xankəndi"nin Xankəndiyə qayıdacağı tarix bilindi

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının və klubunun adı dəyişdirildi, "Azərmaş" sponsor gəldi

    22.09.2026 19:04:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved