"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda, İspaniyada "Atletik"ə qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib.
Prosport.Az xəbər verir ki, müraciətdə komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlərin səfər oyunu üçün vauçerləri oktyabrın 15-dən əldə edə biləcəkləri vurğulanıb.
Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında açıqlanacaq.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.