Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Mahir Emrelini kənara atmağımız düz olmazdı" – Ayxan Abbasov
    5.10.2025 21:20:07

    Misli Premyer Liqasının VII turunun “Qəbələ” – “Şamaxı” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı frikirlərini bölüşüb.

    – “Qəbələ” turnir cədvəlində bizdən aşağıda olsa da, yaxşı futbol oynayır, mübarizə aparır. Əvvəlki oyunlarda etdiyimiz səhvləri bu dəfə etmədik. Sonlarda qol buraxmaq təhlükəsi var idi və bu gün də oyunun sonları gərgin keçdi. Çalışdıq ki, səhvləri etməyək. Qarşıda fasilə var. Zədəlilərimiz də qayıdandan sonra daha yaxşı olacağıq. Turnir cədvəlində irəlilədik və xal ehtiyatımızı artırdıq. Bu, bizim üçün önəmlidir.

    – Fasilədən necə istifadə edəcəksiniz?
    – Planlarımız davam edir. Turun son matçını biz keçirdik. Növbəti turda da biz başlayacağıq. Bu dəfə vaxtımız azdır. Bir tərəfdən yaxşıdır ki, uşaqlar tonusda qalacaq. Oyun baxımından korluğumuz olmayacaq. Futbolçularımız milli komandalarda olacaq.

    – Milli komanda ilə müqavilənizin detalları necədir?
    – Bəzi məsələlər var ki, detallar bizimlə federasiyaya məxsusdur. Məni maraqlandıran güvən, istək idi. Bunu gördüm. Bu gün real danışmaq lazımdır. Milliyə kömək lazımdır.

    – Müddət nə qədərdir?
    – Müddəti bildirməklə nəsə dəyişmir. Bu, vacib deyil. Əsas nə istəməyimiz, qarşımıza qoyulan iş planıdır.

    – Millidə heyət seçimində nələri üstün tutdunuz?
    – Heyəti dəyişmək istəmədik. Çünki bu oyunçularda yaxşı motivasiya var, atmosferi pozmaq istəmədik. Rüfət Abdullazadəni izləmişəm. Mövqeyində rəqabət var. O deyil, daha bir neçə oyunçu var ki, onları yaxından izləyirik. Gələcəkdə onlar da milliyə çağırılacaq.

    – Mahir Emrelinin klubda işi yaxşı deyil, oynamır…
    – Futbolçularımızı qorumalıyıq. Mahirlə söhbətimiz olub. O, klubundakı vəziyyətlə bağlı yəqin, düşünür. Ümumiyyətlə hücumçularımız komandalarında az oynayır. Bizim Mahirə güvənimiz çoxdur. Tək o deyil, digərlərinə də inanırıq. İndi Mahirə dəstək olmalıyıq.

    – AFFA rəhbərliyi ilə görüşdə legioner limiti ilə bağlı söhbətiniz oldumu?
    – Çempionatda limit olmalıdır, bu, mənim fikrimdir. Millidə işləməyəndə də bunu demişəm. Ancaq futbolçular da düşünməlidir. Bəzən səhv qərarlar verirlər. Oynamaqda çətinlik çəkdikləri klubları seçirlər. Bu gün ən çox yerli futbolçusu oynamayan klub “Turan Tovuz”dur. Amma heyətində kifayət qədər yığmaya namizəd oyunçu var. Bəzi futbolçular milliyə düşmək üçün mübarizə aparmalıdır.

    – Fransada böyükhesablı məğlubiyyətdən qaçmaq üçün nələri dəyişmək olar?
    – Bu haqda düşünməmişəm, bir dəqiqə belə çəkinməmişəm. Narahat edən məqamlar başqadır. Millidə işləyəndə böyük komandalarla oyunlar normaldır. Sabahdan toplanışa başlayırıq. Əsas odur ki, döyüşəcəyik. Meydanda mübarizə aparmaq lazımdır, etsək, düşündüyünüz neqativ şeylər olmayacaq.

    – Narahat edən məqam hansıdır?
    – Bayaqdan danışırıq: oyunçuların az oynaması.

    – Bəs nə üçün oynamayanları çağırırsınız?
    – Oynamayanlar o demək deyil ki, zəifdir. Futbolçulara baxmaq, dəyərləndirmək lazımdır.

    – “Turan Tovuz”dan Ayxan Hüseynov…
    – Oynayır ki?

    – Mahir Emreli 6 oyundur, oynamır…
    – Ayxan da 6 oyunun 1-də oynayıb. Bu gün razı olardıq ki, 6 ay oynamayan birini çağırım. Bu dəqiqə Mahir bizim ən yaxşı oyunçumuzdur. Onu kənara atmağımız düz olmazdı.

    – Futbolçular da dəvət almayanda inciyir…
    – Rüfətin oyununa baxdım, qane etmədi. Bizim də baxışlarımız var. Bu gün Rüstəm Əhmədzadə də oynayır, Rüfət də. Rüfətdə istədiyimizi görsək, çağıracağıq.

    – U-21-lə bağlı fikirləriniz nədir?
    – Onları da izləyirik. Orda da əsas yığmaya namizəd futbolçular var. İşlər düşündüyümüz kimi getsə, ordan da 4-5 oyunçu yığmaya gələ bilər.

    Futbol

    "Xankəndi"nin Xankəndiyə qayıdacağı tarix bilindi

    23.09.2026 10:54:08
    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Xankəndi"nin Xankəndiyə qayıdacağı tarix bilindi

    23.09.2026 10:54:08

    Mingəçevir Reqatası yenidən Füzulidə start götürəcək

    23.09.2026 10:39:21

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının və klubunun adı dəyişdirildi, "Azərmaş" sponsor gəldi

    22.09.2026 19:04:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved