Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Oyunun son dəqiqəsində baş verən hamımızı çox üzdü" - Valdas Dambrauskas
    5.10.2025 18:00:11

    Misli Premyer Liqasının VII turunun “Karvan-Yevlax” – “Sabah” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Birinci saniyədən sona qədər dominant olan biz idik. İlk hissədə 2 qol vurduq, amma daha çoxunu edə bilərdik. İstərdim ki, oyunçularım daha çox qol vursun, özlərinə inamı artırsın. Oyunun son dəqiqəsində baş verən hamımızı çox üzdü. Dua edəcəyik ki, Mikelsdə ciddi zədə olmasın.

    – Mikelsi sona qədər meydanda saxlamağınız nə ilə bağlı idi?
    – Sualı anlamadım. Çünki Mikels hazırda əlimizdə olan yeganə hücumçudur. O, daha çox qol vurmaq arzusundadır. Buna görə onu meydanda saxladım.

    – “Sumqayıt”la oyundakı mübahisəli epizodlara Hakimlər Komitəsinin sədri Frank De Blekere şərh verib və o, qərarların doğru olduğunu deyib…
    – Hamının öz rəyi var və buna hörmət etməliyik. Bu haqda mübahisə etmirəm. Şəxsən, fərqli ölkələrdə işləmiş hakimlərlə danışdıqdan sonra deyə bilərəm ki, 2-ci qolumuz təmiz idi və hakimin qərarı doğru deyildi. İlboyu belə hallar olacaq. VAR verilən qərarı dəstəkləməlidir. 50/50 situasiyaların olması normaldır. Həqiqətən, 2-ci qolumuzda əllə oyun görmədim. Sübutu olmayan bir şey axtarırmış kimi idik.

    – Komanda sanki tam gücünü qoymadı. Bu, sizin tapşırığınız idi?
    – Sizinlə razı deyiləm. “Karvan-Yevlax” kimi komandalara – 11 nəfərlə müdafiə olunanlara qarşı hücuma çıxan zaman arxadakı boşluğa diqqət etməlisən. Rəqib bu gün yalnız ilk hissənin sonlarında cərimə meydançamızda topla ola bildi. Oyunboyu üstün olan biz idik. 2-ci hissədə qol imkanlarımız var idi. Uşaqlar güclərini qoydular, sadəcə hücumları sonlandırmada problemlər yaşadıq.

    – Mikelsin durumu ciddi olsa, bu, növbəti oyunlarda problem yarada bilər?
    – İstər oynasın, istər yox, “Zirə” ilə matç çətin keçəcək. Əfsuslar olsun ki, futbolda belə hallar var. Əlimizdə olan oyunçulardan istifadə edəcəyik. Heyətimizdə ciddi itkilər var. Amma məndən şikayət eşitməyəcəksiniz. Nə vaxtsa deməyəcəyəm ki, bu uşaqlar oynamadı deyə uduzduq.

    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Mövlud Mirəliyev 4-cü dəfə dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının və klubunun adı dəyişdirildi, "Azərmaş" sponsor gəldi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved