UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olmuş “Benfika” klubunun futbolçuları və məşqçilər korpusunun üzvləri arasında virus təhlükəsi yaranıb.
Prosport.Az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bir neçə futbolçu və Juze Mourinyunun rəhbərlik etdiyi məşqçilər heyətinin üzvlərində infeksiya əlamətləri aşkarlanıb.
Bildirilir ki, əsas simptomlar baş və əzələ ağrılarıdır. Bu vəziyyət “Portu” ilə sabah keçiriləcək Portuqaliya çempionatının VIII tur matçı ərəfəsində klub rəhbərliyində narahatlıq yaradıb.
Xatırladaq ki, Juze Mourinyu daha əvvəl Londonda “Çelsi”yə qarşı keçirilən Çempionlar Liqası oyunu öncəsi özündə qrip əlamətləri hiss etdiyini demişdi. Hazırda tibbi heyət futbolçuların və məşqçilərin vəziyyətini diqqətlə izləyir.