Futbol üzrə Azərbaycan I Liqasında IV tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, son oyun günündə "Cəbrayıl" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Difai"ni qəbul edib. Qarşılaşma ev sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0.
Mövsümdə ilk qələbəsini qazanan "Cəbrayıl" 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 1 xalı olan "Difai" isə sonuncu yerdədir.