Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzən statistika heç bir anlama gəlmir" – Elmar Baxşıyev
    3.10.2025 20:20:52

    Misli Premyer Liqasının VII turunun “Araz-Naxçıvan” – “İmişli” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bölüşüb.

    – Ağır oyun oldu. Qələbə qazansaq da, xal itirə də bilərdik. Komanda olaraq yaxşı oyun ortaya qoyduq. Epizodları dəyərləndirə bilmədik. Komandamı təbrik edirəm. İnanıram ki, oyunlar keçdikcə hücum planında daha yaxşı olacağıq.

    – Mövsüm üçün hədəflər nədir?
    – Bugünkü rəqibimiz çempionatın ən ağır komandalarından biridir. Müdafiədə yaxşı təşkilatlanıblar. Oyuna hazır idik. Futbolçular verilən tapşırıqları düzgün yerinə yetirməyə çalışırdı. Komandamın tam potensialı bu deyil. Bəzi oyunçular da qoşulandan sonra daha yaxşı ola bilərik. Çempionatın əvvəlidir, indidən hədəf haqda düşünmürük. Sadəcə önümüzdəki rəqibə baxırıq. Sağlam komandamız var. Futbolçularıma inanıram, ortaya yaxşı iş qoyacaqlar.

    – 10 qol vurub, 9-nu buraxmısınız. Bu statistika sizi narahat etmir?
    – Bəzən statistika heç bir anlama gəlmir. Bu gün oyunu rahat bitirə bilərdik. Epizodları dəyərləndirsəydik, rahat qələbə qazanardıq. Lakin matç son dəqiqəyə kimi dinamikasını saxladı. Sıxıntıların olması normaldır, mövsümün əvvəlidir. Turlar keçdikcə daha rahat komanda olacağıq.

    – “Qarabağ”ın “Kopenhagen” qələbəsi haqda nə düşünürsünüz?
    – “Qarabağ”ın uğuru hamımızın uğurudur. Belə komandanın o cür turnirlərdə yaxşı çıxışı Azərbaycan futbolunun da uğurudur. Onlara görə sevinirik. Göstərdikləri oyun da daha artığını etmək gücündə olduqlarından xəbər verir.

    Futbol

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57
    Futbol

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21
    Futbol

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41
    Futbol

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39
    Futbol

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43
    Futbol

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının adı dəyişdirildi, start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved