"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan "Liverpul"un müdafiəçisi Covanni Leoni uzun müddət yaşıl meydanlara çıxa bilməyəcək.
Prosport.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arne Slot danışıb.
O, 18 yaşlı futbolçunun "Sauthempton"a qarşı debüt etdiyi kubok matçında zədə aldığını bildirib. Futbolçu 1 il yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Covanni Leoni "Liverpul"a bu yay "Parma"dan keçib.