Misli Premyer Liqasının V turunun “Sabah” – “Turan Tovuz” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Qurban Berdiyev jurnalistlərin suallarını cavablandırıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Bərabərsəviyyəli oyunda müdafiədə kobud səhv buraxdıq. “Sabah” kimi rəqibə qarşı bunu etmək olmaz. Rəqib nəticəyə arxayın olaraq oynadı.Təəssüf ki, ötənilki səhvlər təkrarlanmağa başlayıb. Bunun qarşısını almağa çalışacağıq.
– Əvvəl komanda standart vəziyyətlərdən fərqlənə bilirdi, amma bu il bu da yoxdur. Sanki komanda hücum qurmaqda çətinlik çəkir…
– Standart vəziyyətlər üzərində işləyirik. Hardasa alınır, hardasa yox.