Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Ferstapen Bakıda ilk dəfə bu nailiyyəti qazandı
    20.09.2025 19:25:07

    Maks Ferstapen Azərbaycan Qran Prisinə poul mövqeyindən start alacaq.

    Prosport.Az xəbər verir ki, o, karyerasında ilk dəfə Bakıda poul qazanıb və bu nəticə rekord sayda qırmızı bayraqla müşayiət olunan xaotik seçmə turların zirvəsi olub.

    Sessiya ərzində ümumilikdə 6 dəfə qırmızı bayraq qaldırılıb. 1-ci və 2-ci sessiyalarda 4 dəfə dayandırılan yürüşlərdən sonra həlledici məqam 3-cü sessiyada yaşanıb. Həm Şarl Lekler, həm də çempionatın lideri Oskar Piastri qəza edərək sessiyanı vaxtından əvvəl başa vurub. Bu anlarda “Vilyiams” pilotu Karlos Sayns yalnız 3:41 dəqiqə qalmış müvəqqəti poul mövqeyinə yüksəlib.

    Lakin Ferstappen yeni yumşaq təkərlərlə trasda fərqli temp nümayiş etdirərək 1:41.117 nəticə ilə poul mövqeyini ələ alıb və Saynsı 2-ci pilləyə endirib. Bu, “Vilyiams” üçün Corc Raslın 2021-ci ildən bəri ən yaxşı seçmə nəticəsi olub.

    “Reysing Bulls” sürücüsü Layem Louson karyerasında ən yaxşı nəticəsini göstərərək 3-cü yeri tutub. “MakLaren” pilotu Lando Noris isə son dövrədə divara toxunaraq yalnız 7-ci olub. Bu nəticə qəzaya uğramış komanda yoldaşı Piastri üçün müəyyən qədər üstünlük təşkil edir. O, sabahkı yarışa 9-cu sıradan start götürəcək.

    Məhz bu məqamda “MakLaren”in çöküşü diqqət çəkib. Halbuki komandanın bu həftəsonu konstruktorlar çempionatını təmin etmək imkanı var idi.

    Digər tərəfdən, Lyuis Hemilton “Ferrari” ilə 2-ci sessiyada mübarizəni dayandıraraq yalnız 12-ci yerlə kifayətlənib.

    Qarışıq start düzümü və əsas titul iddiaçılarının arxa sırada olması sabahkı Azərbaycan Qran Prisini mövsümün ən dramatik və həyəcanlı yarışlarından birinə çevirir.

    Digər idman növləri

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30
    Digər idman növləri

    Nicat Abasov Qazaxıstanda liderliyə yüksəldi

    22.11.2026 00:00:29
    Digər idman növləri

    Azərbaycan ağırlıqqaldıranı Rusiyada bürünc medal qazandı

    19.11.2026 18:54:08
    Digər idman növləri

    Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışının yayımı ilə bağlı görüş

    19.11.2026 15:44:18
    Digər idman növləri

    İdmançılarımız Türkiyədə birinci oldular

    17.11.2026 22:49:08
    Digər idman növləri

    Azərbaycanlı məşqçi 2-ci dəfə Avropanın ən yaxşısı oldu

    17.11.2026 17:48:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA referimiz "Benfika"nın oyununa təyinat aldı

    23.11.2026 15:43:29

    Öncə Dambrauskas, sonra Flik

    23.11.2026 15:12:22

    Bakı "Barselona"nın avrokuboklar tarixində ən uzun səfəri olacaq

    23.11.2026 14:40:52

    "Sumqayıt" legioneri ilə müqaviləni pozdu

    23.11.2026 14:08:34

    "Barselona" ulduz futbolçunu Bakıya gətirmir - SON DƏQİQƏ

    23.11.2026 13:38:36

    "Sabah" - "Barselona" oyunu şotlandlara tapşırıldı

    23.11.2026 13:15:57

    Qurban Qurbanov üçün yubiley: 1000-ə nə qaldı ki?!

    23.11.2026 12:46:31

    "Bu cür epizodları uşaqlıqdan çox sevirəm" - Bəhlul Mustafazadə

    23.11.2026 12:20:42

    Dani Olmo Bakıda "Barselona"nın əsas "silah"ı olacaq

    23.11.2026 12:17:17

    Tanınmış futbolçu AFFA-dan dəvət alıbmış

    23.11.2026 11:45:05

    "Barselona"nın Bakıya səfər planı - Laporta da gəlir

    23.11.2026 11:07:01

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalında

    23.11.2026 10:50:56

    "Bəxt bizim tərəfimizdə deyildi" – "Kəpəz"in qapıçısı

    23.11.2026 10:24:41

    "Azərbaycana uzaq səfər bizi narahat etmir" - Hansi Flik

    23.11.2026 10:00:47

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved