“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya I divizionun mübarizə aparan klubu, sabiq ölkə çempionu “Rubin”in təklifini rədd edib.
Prosport.Az xəbər verir ki, baş məşqçi dəyişikliyinə hazırlaşan Kazan təmsilçisi bir neçə mütəxəssislə danışıq aparıb ki, onlardan biri də Musayev olub.
Lakin 39 yaşlı mütəxəssis dərhal təklifə “yox” cavabını verib. O, mövsümün gedişində komandasını dəyişmək fikrində olmadığını bildirib.
İndiki baş məşqçi Yuri Utkulbayevlə yollarını ayırmağa hazırlaşan “Rubin”in bu posta əsas namizədi Kurban Berdıyevdir.

