Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Formula 1"ə doğru: Marşallar fəaliyyətə başladı
    18.09.2025 13:40:33

    "Formula 1" üzrə Azərbaycan Qran-prisinin marşalları fəaliyyətə başlayıb.

    Prosport.Az xəbər verir ki, dünyanın ən sürətli pilotları sabah Bakı küçələrinə çıxacaq və onların təhlükəsizliyi üçün ən önəmli komanda olan marşallar artıq hazırdır.

    Bu il 1500-ə yaxın marşal Azərbaycan Qran-prisində yarışın təhlükəsizliyini təmin edəcək. Onlar bu gün səhər saatlarından etibarən Atletlər kəndində yerləşən marşall düşərgələrindən tras ərazisinə yola düşüblər və artıq postlarına yerləşərək yarış günlərində qarşılaşa biləcəkləri bütün vəziyyətlərə hazırlaşırlar.

    Marşallar müxtəlif funksional qruplara bölünür: yanğın marşalları, bayraq marşalları, trek marşalları və digər dəstək komandaları. Hər bir qrupun özünəməxsus vəzifəsi var, amma hamısını birləşdirən əsas məqsəd – azarkeşlər və pilotlar üçün təhlükəsiz və problemsiz yarış atmosferi yaratmaqdır.

    Bu gün onlar tras boyunca gəzərək öz postları ilə tanış olublar, təlimatlar alıblar və müxtəlif ssenarilər üzrə hazırlıq məşqləri keçiriblər. Hər bir marşalın rolu öncədən müəyyənləşdirilib və bütün fəaliyyətlər təhlükəsizliyin yüksək səviyyədə qorunmasına xidmət edir.

    "Formula 1" marşalları yalnız Azərbaycanda deyil, bütün dünyada könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Onların əksəriyyəti "Formula 1"ə olan böyük sevgi və həyəcanla bu prosesə qoşulur. Bir çox marşal üçün bu, peşəkar karyeradan çox, fədakarlığın və motorsporta bağlılığın göstəricisidir.

    Marşalların dəqiqliyi, intizamı və cəsarəti olmadan "Formula 1" mümkün olmazdı. Onların səssiz zəhməti sayəsində pilotlar yüksək sürətdə mübarizə aparır, azarkeşlər isə trekin həyəcanını təhlükəsiz şəraitdə izləyə bilirlər.

    Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19–21-də Bakının mərkəzi küçələrində keçiriləcək.

    Digər idman növləri

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03
    Digər idman növləri

    MOK rəsmiləri Olimpiya Həmrəyliyi Forumunda

    8.10.2026 20:37:55
    Digər idman növləri

    III Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşdi

    8.10.2026 19:19:54
    Cüdo

    Beşqat olimpiya çempionundan Bakıda yarışan cüdoçulara müraciət

    7.10.2026 12:31:45
    Digər idman növləri

    VI "Qələbə qaçışı" xeyriyyə tədbiri keçiriləcək

    6.10.2026 20:20:38
    Digər idman növləri

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mahir Emreli Polşada seçilən 4 futbolçudan biridir

    9.10.2026 13:40:51

    Çexiya çempionu Bakıya bu tarixdə gələcək

    9.10.2026 13:12:43

    “Xəzər Lənkəran”ın sabiq futbolçusu baş məşqçi oldu

    9.10.2026 12:43:27

    Azərbaycan və Ermənistan klubları ilə bağlı qadağa qüvvədə qaldı

    9.10.2026 12:15:16

    Millimizin 8 üzvü Avropa çempionatında medalı təmin etdi

    9.10.2026 11:40:30

    "Hyuston"un sabiq basketbolçusu Azərbaycan klubunda

    9.10.2026 11:13:39

    Azərbaycan Kubokunda ilk mərhələyə yekun vurulur

    9.10.2026 10:52:42

    "Kəpəz" autsayderin, "Sabah" "Neftçi"nin qonağı olacaq

    9.10.2026 10:24:27

    Zelim Kotsoyev Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

    9.10.2026 10:00:24

    "Sabah" BOS-da məşqə çıxdı

    9.10.2026 00:19:25

    Azərbaycanda üzgüçülüyün inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

    8.10.2026 23:12:03

    Dünya çempionatı: Azərbaycan medal sıralamasında neçəncidir?

    8.10.2026 22:56:42

    Paralimpiya mükafatçımız Parisdə 2-ci oldu

    8.10.2026 22:30:08

    UEFA prezidentindən AFFA ilə bağlı qalmaqallı açıqlama

    8.10.2026 21:43:45

    Azərbaycanlı nümayəndə Albaniya - Uels oyununda

    8.10.2026 21:14:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved