Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycan Qran-prisində 300-ə yaxın media nümayəndəsi iştirak edəcək
    18.09.2025 10:49:17

    "Formula 1" üzrə Azərbaycan Qran-prisinin işıqlandırılmasında bu il 300-ə yaxın yerli və xarici media nümayəndəsi iştirak edəcək.

    Prosport.Az xəbər verir ki, onların sırasında "Netflix", "Reuters", "Agence France-Presse", "Sky Sports", "Motorsport.com", "Associated Press", "CANAL+", "ESPN Disney Latin" kimi nüfuzlu media qurumları da var.

    Bu, Bakıda keçiriləcək möhtəşəm yarışın səs-küyünü və həyəcanını üç gün ərzində bütün dünyaya çatdıracaq.

    Yarışın promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yaradılmış Media Mərkəzi artıq jurnalistlərin ixtiyarındadır. 450 nəfərlik tutuma malik olan bu mərkəz müasir texniki avadanlıqlarla təchiz olunaraq jurnalistlər üçün rahat və funksional iş mühiti yaradır.

    Burada akkreditasiya xidməti ilə yanaşı,  xüsusi iş masaları, canlı yayımlar üçün nəzərdə tutulmuş texniki dəstək, eləcə də mətbuat konfranslarının keçirilməsi üçün tam təchizatlı zal mövcuddur.

    Mərkəz çərşənbə günündən etibarən fəaliyyət göstərərək həm yerli, həm də xarici media nümayəndələrinin operativ şəkildə məlumat əldə etməsini, reportaj hazırlamasını və dünyanın dörd bir yanına çatdırmasını təmin edir.

    Media Mərkəzi yüksək beynəlxalq standartlara – Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tələblərinə tam uyğun şəkildə təşkil olunub və qlobal miqyasda aparıcı idman tədbirlərinin media infrastrukturuna layiqli nümunə kimi qiymətləndirilir.

    İldən ilə Azərbaycan Qran-prisi qlobal səviyyədə çox maraqla izlənilir. Təkcə 2024-cü ildə 86 milyon tamaşaçı canlı yayım vasitəsilə yarışı izləyib, ümumilikdə isə 3,9 milyarddan çox insan müxtəlif platformalarda Azərbaycan Qran-prisinə maraq göstərib.

    Bakı trekinin həyəcanlı ab-havası, gərgin idman mübarizəsi və beynəlxalq medianın geniş iştirakı ilə 2025-ci ilin Azərbaycan Qran-prisinin də dünya səviyyəsində böyük rezonans doğuracağı gözlənilir.

    Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

    Stolüstü oyunlar

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50
    Digər idman növləri

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53
    Digər idman növləri

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36
    Digər idman növləri

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29
    Stolüstü oyunlar

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    Digər idman növləri

    Şahmat yığmalarımız İngiltərə və Çexiyaya qarşı

    19.09.2026 10:24:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz" - "Fənərbağça": 1 saata 6 minə yaxın bilet satıldı

    22.09.2026 13:14:34

    Azərbaycan - Çexiya: Hakimlər bilindi

    22.09.2026 12:48:29

    "Baş məşqçi dedi ki, şans qazanmağım bu amildən asılıdır" - Timoteuş Puxaç

    22.09.2026 12:12:49

    "Neftçi" afrikalı müdafiəçini icarəyə götürdü

    22.09.2026 11:45:37

    "Çempionlar Liqasında növbəti matçı səbirsizliklə gözləyirik" - Stas Pokatilov

    22.09.2026 11:12:22

    "Azərbaycan mənim üçün Avropaya bir qədər uzaqdır" - Mateuş Koxalski

    22.09.2026 10:52:58

    Avropa çempionatı: Biri yarımfinalda, digəri 1/4 finalda

    22.09.2026 10:23:56

    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bilindi

    22.09.2026 10:00:02

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved