Heydər Əliyevin 100 illiyinə həsr edilmiş minifutbol üzrə beynəlxalq turnirin püşkü atılıb.
Prosport.Az xəbər verir ki, bu gün keçirilən püşkatmada 10 komanda iştirak edib.
Turnirdə son Avropa çempionu Azərbaycan millisi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Ukrayna, Gürcüstan, İtaliya, Çexiya, CAR, Serbiya və Fransa yığmaları mübarizə aparacaq. Püşkü Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev və Gənclər və idman naziri Fərid Qayıbov atıb.
A qrupu: Azərbaycan, Çexiya, Serbiya, Gürcüstan, İtaliya
B qrupu: Ukrayna, Qazaxıstan, Fransa, Türkiyə, İtaliya, CAR
Yarışın matçları 1-6 may tarixlərində keçiriləcək. Oyunlar Bakı Tennis Akademiyasında baş tutacaq.

