"Aleksandriya"nın azərbaycanlı futbolçusu Emil Mustafayev Ukrayna klubunda fevral-mart aylarının ən yaxşı futbolçusu seçilib.
Prosport.Az xəbər verir ki, o, son 2 ayda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Emil Mustafayev azarkeşlərin səsverməsi nəticəsində hamını qabaqlayıb.
Qeyd edək ki, 21 yaşlı yarımmüdafiəçinin "Aleksandriya" ilə müqaviləsi iyunun 30-da başa çatacaq.

