Qadın futbolçulardan ibarət komandaları arasında aprelin 8-də və 11-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Türkiyə yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Prosport.Az xəbər verir ki, aprelin 8-də keçiriləcək qarşılaşmanı Gürcüstandan, 11-də təşkil olunacaq oyunu isə Rumıniyadan olan FIFA referiləri idarə edəcək:
8 aprel
16:00 Azərbaycan – Türkiyə
Hakimlər: Teona Sturua, Xatuna Maysuradze, Ketevan Qayparaşvili
Dördüncü hakim: Fəridə Lütfəliyeva
"Dalğa Arena"
11 aprel
16:00 Azərbaycan – Türkiyə
Hakimlər: Kristina Mariana Trandafir, Elena Mihayla Tepuşa, Roksana İvanov
Dördüncü hakim: Fəridə Lütfəliyeva
"Dalğa Arena"

