Şahmat üzrə milli komandanın sabiq üzvü, Azərbaycan çempionu Məhəmməd Zülfüqarlının oğlu Toğrul Zülfüqarlı faciəvi şəkildə vəfat edib.
Prosport.Az xəbər verir ki, keçmiş şahmatçının oğlu Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.
Qeyd edək ki, Məhəmməd Zülfüqarlı tanınmış iş adamı, “Ultra Company” şirkətinin baş direktorudur.
Allah rəhmət eləsin!