Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Çinin Şanxay şəhərində təlim-məşq toplanışında iştirak edəcək.
Prosport.Az xəbər verir ki, komanda bu gün start götürəcək hazırlıq prosesi üçün sözügedən ölkəyə yollanıb.
Avqustun 15-də başa çatacaq toplanışa məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Tunar Bağırov, Xədicə Eylazova, Yağmur Məmmədli və Onur Quluzadə qatılacaq.
Qeyd edək ki, yığma avqustun 2-ci yarısında Fransanın Strasbur şəhərində keçiriləcək Avropa çempionatında mübarizə aparacaq.
