Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Sabiq "Simurq" rəsmisi xərçəngdən ölmüş futbolçu barədə: "O, əsl LİDER İDİ"
    5.04.2023 19:05:27

    "Açığı, idman sahəsindən uzaqlaşdığım üçün Mario Bojiçin ölüm xəbərini sizdən eşitdim və bunu eşidib şoka düşdüm".

    Bunu Prosport.Az saytına açıqlamasında keçmiş "Simurq" klubunun baş meneceri Zöhrab Əliyev deyib.

    O, 2 gün əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişmiş Bosniya serbi olan Mario Bojiçlə bağlı xatirələrini danışıb. Z.Əliyev 2012/13 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etmiş futbolçunun gəlişini xatırlayıb:

    "Mario Azərbaycana gəlməzdən əvvəl Çin klubunda ("Şanxay Şenhua" – S.M.) oynayırdı. Həmin klubda Nikola Anelka ilə Didye Droqba da onunla eyni vaxtda çıxış edirdilər. Onda səhv etmirəmsə, Çində 3 və ya 4 legioner start heyətdə meydanda ola bilərdi. Bu səbəbdən də Bojiçin start heyətdə yer almaq imkanı aşağı idi.

    O, azad agent statusu alaraq sərbəst futbolçuya çevrilmişdi. Komandanın serb fizioterapevti Aleksandar Karakliç bizə onu məsləhət görmüşdü. Onu və Yunanıstanın "Levadiakos" klubundan gəlmiş xorvat hücumçu Zdravko Popoviçi təlim-məşq toplanışında olduğumuz Tiflisə dəvət etdik. İkisini də mən qarşıladım.

    Onları 2 tur sonra sifariş ərizəsinə saldıq. "Turan"la Zaqataladakı oyunda iştirak ərizələrində yer aldılar. Səhv etmirəmsə, əvəzetmədən meydana çıxdılar. Mario elə debüt matçında mərkəzdən "Turan"a qol vurdu. İlk oyunda qol vurmaqla komandada əsl liderə çevrildi. Döyüşkən xarakterli idi, hətta deyərdim ki, Serbiya yığmasına layiq bir futbolçu idi".

    Zöhrab Əliyev Bojiçin "Simurq"dan niyə ayrılmasına da toxunub: "Simurq"dan ayrılması çox maaş istəməsi ilə bağlı idi. Klub onun istədiyi pulu verə bilmirdi. Ancaq belə futbolçuya həmin pulu verməyə dəyərdi. Düzdür deyirdi ki, məni "Srvena Zvezda" istəyir. Amma görünür, ora gedişi alınmadı və Yunanıstan çempionatında (AEK – S.M.) çıxış etməyə başladı".

    Sabiq klub rəsmisi onunla bağlı başqa məqamlardan da danışıb: "Zaqatalaya ailəsi ilə gəlmişdi. İndiyədək yadımdadır ki, 5 yaşlı oğlunun adı Balşa idi. Bildiyimə görə, sonra həyat yoldaşından boşandı, başqa xanımla ailə qurdu.

    "İnter"lə keçmiş "Şəfa"da oynayırdıq. O oyuna yaxşı hazırlaşsaq da, 0:5 uduzduq. Onda mən menecer kimi futbolçulara iradımı bildirəndə, Mario çıxıb dedi ki, bizə deyirsiniz, amma yerli oyunçulardan hansı uduzmamaq üçün nəsə etdi. O dedi ki, biz "İnter"ə cavab oyununda qalib gələcəyik. Elə də oldu və biz qalib gəlib ovaxtkı çempionatın formatına görə ilk "6-lığ"a vəsiqə qazandıq. "6-lıq"da olan vaxt hər iki matçda "İnter"dən xal aldıq. Səhv xatırlamıramsa, "Şəfa"da "İnter"ə qalib də gəldik. Hətta o vaxt "İnter"in baş məşqçisi əsəbləşmişdi ki, siz bizə xal verməlisiniz".

    Səbuhi Musa

    Futbol

    FIFA prezidenti vəzifəsindən kənarlaşdırılır?

    31.07.2026 23:45:06
    Futbol

    "Hansı sahədə axsadığımızı bilirik" - Cavid Hüseynov

    31.07.2026 23:19:02
    Futbol

    "Şamaxı"da mərakeşli futbolçu

    31.07.2026 22:40:36
    Futbol

    "Sabah" futbolçusunu Ukrayna klubuna icarəyə verdi

    31.07.2026 22:13:22
    Futbol

    "Şəfa" "Araz-Naxçıvan"ı 2 cavabsız qolla üstələdi

    31.07.2026 21:38:19
    Futbol

    "Qəbələ" - "İmişli" oyununda 4 qol

    31.07.2026 21:16:37
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA prezidenti vəzifəsindən kənarlaşdırılır?

    31.07.2026 23:45:06

    "Hansı sahədə axsadığımızı bilirik" - Cavid Hüseynov

    31.07.2026 23:19:02

    "Şamaxı"da mərakeşli futbolçu

    31.07.2026 22:40:36

    "Sabah" futbolçusunu Ukrayna klubuna icarəyə verdi

    31.07.2026 22:13:22

    "Şəfa" "Araz-Naxçıvan"ı 2 cavabsız qolla üstələdi

    31.07.2026 21:38:19

    "Qəbələ" - "İmişli" oyununda 4 qol

    31.07.2026 21:16:37

    Neymarın büstü və heykəli "Santos" muzeyində nümayiş etdirilir

    31.07.2026 20:10:39

    "Turan Tovuz" hazırlıq oyununda qələbə qazandı

    31.07.2026 19:37:04

    Sərbəst güləşçilərimizdən dünya çempionatına uğursuz start

    31.07.2026 18:56:55

    "Sonuncu dəfə dünya çempionatının finalında bu qədər gərginlik hiss etmişdim" - Stoiçkov "Qarabağ"dan danışdı

    31.07.2026 18:43:48

    Qadın güləşçilərimiz medalsız qaldı - YENİLƏNİB

    31.07.2026 18:15:06

    Millimiz pley-offda Monteneqroya uduzdu

    31.07.2026 17:44:14

    "Qalatasaray" və "Fənərbağça"nın sabiq üzvü Azərbaycanı seçdi

    31.07.2026 17:13:48

    Mahir Emrelinin komandasının oyununda erməni hakimlər

    31.07.2026 16:45:12

    Ərəblər "Kəpəz"lə oynamaq istəmədi

    31.07.2026 16:09:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved