Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Məncə, büdcəyə görə yaxşı işlər gördük" - Gəncə klubunun baş məşqçisi
    14.04.2025 10:08:24

    "Gəncə" Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin cavab oyununda "Lənkəran"a 100:74 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, matçdan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.

    Halil Atlı ("Gəncə"): "Komandamı təbrik edirəm. Bu mövsüm yaxşı kollektiv qurduğumuzu fikirləşirəm. Bura gələndə ilk hədəfim "Gəncə"ni təkrar pley-offlara daşımaq idi. Azərbaycan Kubokunda final oynadıq. İndi də çempionatda həlledici mərhələyə vəsiqə qazandıq. Bunu gəncəlilərə həsr edirik. Məncə, bu mövsüm qurduğumuz komandaya və büdcəyə görə yaxşı işlər gördük. Oyunçularımın hamısına bir-bir təşəkkür edirəm. Addım-addım irəliləyib əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Növbəti rəqibimiz ilə oyunlara köklənirik. Azarkeşlərimizə də səslənirəm. Onların dəstəyi bizi həm xoşbəxt edir, həm də güc verir. İşin ən önəmli hissəsinə gəldik. Fanatların dəstəyinə hər zaman olduğundan daha çox indi ehtiyac olacaq. Onları oyunlarımızda görmək istəyirik. Hər şeyə görə azarkeşlərə təşəkkür edirəm".

    Georgi Kondruseviç ("Lənkəran"): "Demək olar ki, 3 period mübarizə apara bildik. Daha sonra isə 9 nəfərlə oynamağımız, rotasiya imkanlarının az olması öz sözünü dedi. Əsas oyunçularımızdan olan Ceydem Folkner xəstələndiyi üçün bu matçı buraxmalı oldu. 4-cü periodda bu özünü daha çox göstərdi. Oyun bizim üçün psixoloji olaraq da çətin idi. Təbii ki, azarkeşlərimiz önündə daha yaxşı oyun nümayiş etdirmək istəyərdik. Döyüşdüyümüzü düşünürəm. Ən azından bunu etməyə çalışdıq. Təssüf ki, bacarmadıq. Amma bu cür güclü liqada heyətdə hər zaman problemlərin yaşanması fonunda qələbələr qazanmaq çətindir. Buna baxmayaraq, 3 dəfə rəqibləri məğlub etdik. Ötən il "Şəki" komandasının cəmi 1 qələbə qazanmasını göz önünə gətirsək, yeni yaranan komanda üçün bu, pis nəticə deyil. Nəzərə almaq lazımdır ki, cəmi 5 oyunda biz tam heyətlə mübarizə apardıq. Bəzi oyunlarda qələbəyə çox yaxın olduq. Əfsuslar olsun ki, həmin matçlarda şans bizim tərəfimizdə deyildi. Azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Onlar bizə dəstək oldular. Bu mənim üçün əla motivasiya idi. Qalib gəlməsək də, onlar hər dəfə bizə dəstək oldular. Mən  də  bir  məşqçi kimi əlimdən gələni etdim. Mövsüm ərzində ən yaddaqalan matç  "Sunqayıt"a qarşı ilk oyun oldu. 14 xal geridə olsaq da, yekunda 15 xal fərqlə qələbə qazandıq.

    Azərbaycnn çox maraqlı ölkədir. Mən burada yeni insanlarla tanış oldum. Burada olmaq mənim üçün xoş oldu. Ümumilkdə baxsaq, deyə bilərəm ki, gözəl ölkədə əla günlər keçirdim. Lənkəran da fərqli yerdir. Bakıya ümumiyyətlə bənzəmir".

    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Basketbol

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Top oyunları

    Gəncə klubunun "Sportinq"lə oyununun vaxtı bilindi – TƏQVİM

    17.09.2026 09:37:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved