Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşıb.
Prosport.Az xəbər verir ki, 20 turluq mübarizədən sonra komandaların yarışı hansı mərhələdə davam etdirəcəkləri müəyyənləşib.
A qrupunun lideri "Sabah", ikinci olan "Naxçıvan" və 3-cü yeri tutan "Neftçi" birbaşa pley-offa vəsiqəni təmin ediblər. Onlarla yanaşı, B qrupunun qalibi "Şəki" də pley-offa çıxıb.
Reqlamentə əsasən, digər klublar isə mübarizəyə pley-in mərhələsindən start verəcəklər.
Pley-in
1. "Sumqayıt" - "Sərhədçi"
2. "Gəncə" - "Lənkəran"
3. "Ordu" - "Quba"
4. "Abşeron" - NTD
Pley-off
"Sabah" - 1-ci cütün qalibi
"Şəki" - 2-ci cütün qalibi
"Neftçi" - 3-cü cütün qalibi
"Naxçıvan" - 4-cü cütün qalibi
Qeyd edək ki, pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-offa vəsiqə qazanacaqlar.