Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Akademiya
    "İslam Həsənovun fiziki durumu serb futbolçularınkından fərqlənmir" – "Srvena Zvezda" Akademiyasının məşqçisi
    3.04.2025 23:20:31

    "Sizin Serbiyaya İslama görə gəlişinizə sevinirəm. İlk dəfə onu tanıyanda haqqında müsbət təəssüratlarım oldu. İntizamlıdır, yaxşı xarakterə malik futbolçudur. Onun oyun və məşqlərə münasibəti çox xoşuma gəldi. İlk gəldiyi gündən bəri ölkəyə və komandaya tez uyğunlaşdı. Futbolçularla yaxşı münasibətlər qurdu. Burda olduğu müddətdə onun barədə mənfi söz eşitməmişəm. Özü barədə müsbət fikirlər formalaşdırıb. İslam serb dilində yaxşı danışır. Nəyisə belə başa düşməyəndə, məndən soruşur, izah edirəm".

    Bunu Prosport.Az-ın Serbiyaya ezam olunmuş əməkdaşına müsahibəsində "Srvena Zvezda" Akademiyasının məşqçisi Milan Milenkoviç deyib.

    "Srvena Zvezda" Akademiyasında top qovan İslam Həsənovun məşq keçdiyi bazaya baş çəkirik. Çempionat oyunundan 1 gün sonra bura gəlmişik. Bu səbəbdən də komandanın məşqçi və futbolçu heyəti üçün istirahət günüdür. Buna baxmayaraq, "Qrafiçar"ın U-17 komandasında baş məşqçi işləyən Milan Milenkoviç müsahibə təklifimizə razılaşıb və bazaya gəlir. Mühafizəçi çəkiliş aparmağımıza icazə vermir. Yalnız Milenkoviç harasa zəng etdikdən sonra video çəkməyimə imkan yaradılır. Burada 4 təbii və 2 süni örtüklü meydança mövcuddur.

    Məşq meydançalarının yanında xalq arasında Braziliyanın məşhur stadionu kimi "Marakana" da adlandırılan Rayko Mitiçin adına adlandırılan arena var. 2008-ci ildə 85 yaşında dünyasını dəyişmiş hücumçu Mitiç 1945-1958-ci illərdə "Srvena Zvezda"da oynamaqla bu klubun əfsanəsinə çevrilib. 1963-cü ilin sentyabrın 1-də açılmış, 51 755 tamaşaçı tutumuna malik arena əvvəl "Srvena Zvezda" stadionu adlandırılırdısa, 2014-cü ildən Mitiçin adını daşımağa başlayıb. 26 avqust 1999-cu ildə UEFA Kubokunun təsnifat mərhələsində "Neftçi" ilə cavab oyunu məhz bu arenada keçirilib. Hücumçu Miodraq Panteliçin 76-cı dəqiqədə vurduğu qolla "Srvena Zvezda" qalib gəlib və mərhələ adlayıb (Bakıdakı oyunda 0:2 uduzduğu halda, "Srvena Zvezda" əzmkarlıq nümayiş etdirərək 3 dəqiqəyə 3 qol vuraraq qalib gəlmişdi – red.).

    Müsahibə üçün qalxırıq "Srvena Zvezda"nın mətbuat konfransı otağına. Media nümayəndəsi olaraq bizim üçün də maraqlıdır. Baş məşqçi bildirir ki, konfrans otağındakı şəkil "Srvena Zvezda"nın "Liverpul"la UEFA Çempionlar Liqasındakı oyunundandır. 6 noyabr 2018-ci ildə C qrupu matçında Belqrad təmsilçisi "Liverpul"a hücumçu Milan Pavkovun dublu ilə 2:0 qalib gəlir. "Srvena Zvezda" qrupda qalsa da, yeganə qələbəsini "Liverpul" üzərində qazanır, Mersisayd təmsilçisi isə həmin mövsümün finalında "Totnem"i 2:0 məğlub etməklə növbəti dəfə Avropanın güclüsü olur.

    Daha sonra keçirik İslam haqda danışmağa. Atası Elvin Həsənovun Serbiyada yaşayan dostu bizə tərcümədə yardım edir. Daha sonra İslamın özü də tərcümədə köməklik edir. 

    Milenkoviç Serbiyanın aparıcı futbol klubuna İslam Həsənovun ilk gəlişi barədə danışır: "İlk dəfə İslam bura gələndə "Qrafiçar"ın baş məşqçisi onu yoxlamışdı. Mən onda "Srvena Zvezda"da idim. Həmin baş məşqçi ilk dəfə İslam haqda mənə dedi. Bildirdi ki, Azərbaycandan bir futbolçu gəlib, özünü yoxlama oyunlarında yaxşı tərəfdən göstərib. O mənə dedi ki, "Srvena Zvezda" "Qrafiçar"dan daha üstün olduğundan, gəl, sən də ona bax. Belə oldu mən də ona baxdım. İslam bütün tələblərimi yerinə yetirirdi. Yalnız fiziki cəhətdən bir az geridə qalırdı. Bunun düzəlməsi üçün müddət lazım idi. Həmin müddətdə də bu axsamasını aradan qaldırdı. İndi onun fiziki durumu serb futbolçularınkından fərqlənmir".

    Milenkoviç İslamın "Srvena Zvezda"nın farmklubu olan "Qrafiçar"da oynamasına da aydınlıq gətirir: "Qrafiçar" "Srvena Zvezda" ilə əməkdaşlığı olan bir klubdur. Həmin komandanın uşaqları da "Srvena Zvezda" Akademiyasında məşq keçir, eyni paltardəyişmə otağını bölüşür, məşq formaları da eynidir. Yalnız fərq komandanın adında və oyun formalarındadır. Bir mövqedə bir neçə futbolçu olduğundan, belə qərar verilib ki, çempionata 2 komanda buraxaq. Bu, 2007 (U-19) və 2008 (U-17) təvəllüdlü futbolçulardan ibarət komandalarımıza aiddir. Hər 2 komanda hazırda eyni liqada mübarizə aparır. Zatən, burada çempionluq önəm kəsb etmir. Burada uşaqların liqada ehtiyatda qalmaqdansa, oynayıb inkişaf etməsinə üstünlük verilir. Kim özünü yaxşı tərəfdən göstərəcəksə, "Srvena Zvezda"nın əsas komandasına yüksələcək".

    Serb məşqçi Serbiya U-17 Liqasında "Voyvodina" ilə oyunda 61-ci dəqiqədən sonra İslamın əvəzlənməsi barədə isə bunları deyir: "2008-ci il təvəllüdlü futbolçuların liqasında hamı özünü göstərməlidir. Ona görə də bütün futbolçulara şans verməyə çalışırıq. "Voyvodina" ilə oyunda 61 dəqiqə oynatmağımıza gəlincə, İslam millinin düşərgəsindən yeni gəlib. Orada xəstələnmişdi. Keçirdiyi 4 rəsmi oyunda eyni cür çıxış edib. Ona bir qədər də vaxt lazımdır ki, rəsmi çempionata uyğunlaşsın".

    Sonda Milenkoviç futbolçumuzun son matçda görməyə öyrəşdiyimiz irəli xətdə yox, arxa xətdə oynamasına izah verir: "Yaxşı sualdır. Mərkəz oyunçusu həm pleymeyker, həm də dayaq yarımmüdafiəçisi kimi oynaya bilər. "Voyvodina" ilə matçda pleymeyker mövqeyində oynayan 16 nömrəli futbolçumuz "Srvena Zvezda"dan gəlmişdi. Onun "otbor"u zəif olduğundan, İslamdan dayaq yarımmüdafiəçisi kimi oynamağı xahiş etdim. Çünki İslamda "otbor" daha yaxşıdır, arxadan komandanı topla təchiz edə bilir. Seçimdə də heç bir səhvə yol vermədik. Onun karyerasında belə hal ola bilər. Həm hücumçu arxasında, həm də dayaq yarımmüdafiəsi xəttində çıxış etməsi mümkündür. Biz futbolçuları indidən belə oyunlara öyrəşdiririk".

    Milenkoviçə İslamın valideynləri tərəfindən Bakıdan gətirilmiş bayram hədiyyəsi də təqdim edilir. Və onunla sağollaşırıq. Sonda diktofonumuzu futbolçunun "Srvena Zvezda"ya keçidində rol oynamış, "Qarabağ" və "Bakı"nın sabiq futbolçusu Boyan İliçə tərəf tuturuq. Serb menecer bu məsələni ətraflı izah etməyə çalışır:

    "İslamın atası Elvin Həsənovun bir tanışı mənə futbolçunu baxışa dəvət etməyi təklif etmişdi. Videosunu gördükdən sonra baxışa gəlməsi üçün ona komanda tapmağa qərar verdim. Beləcə mən "Srvena Zvezda"nı tapdım. Digər variantlar da vardı. Ancaq mən məhz bu komandanı seçdim. Əgər İslam orada baxışdan keçə bilsəydi, deməli, o həqiqətən yaxşı idi. Rəsmi oyunlara çıxmayanadək onun keçdiyi yol çox çətin oldu. Mənə deyildi ki, onlar onu saxlamq istəyirlər. Ancaq 18 yaşdan aşağı əcnəbi futbolçunu oynatmaq üçün icazə lazım idi. Biz ilyarım bu icazəni gözlədik. Sonda müsbət cavab aldıq. İslamı və onun ailəsini səbrinə görə təbrik etmək istəyirəm. O sürətli şəkildə serb dilini öyrəndi və komanda ilə dostlaşdı. Klubda hazırda sevimli oğlanlardan biridir. Komandada hamı onu əla qarşıladı. Əsas odur ki, özü də bundan məmnundur. Onun məşqçisini ötən yay "Srvena Zvezda"nın farm-klubu olan "Qrafiçar"a göndərdilər. Onlarda məşqçi dəyişiklikləri tez-tez olur. Birini ora, digərini başqa komandaya göndərirlər. Və onun "Srvena Zvezda"dakı məşqçisi (Milan Milenkoviçi nəzərdə tutur – red.) xahiş etdi ki, İslam ona qoşulsun. Biz də razılaşdıq. Hazırda o stabil olaraq komandada oynayır. Komanda 2008-ci illər üzrə Serbiya çempionatında çıxış edir. İslam burda özünü fiziki və taktiki cəhətdən yaxşı göstərir. Fikrimcə, o, Azərbaycan futbolunun gələcəyidir".

    Biz də Boyan İliçin son sözlərinə ümid edirik. İslam kimi futbolçular Azərbaycan futbolunun gələcəyinə nur salmalıdır. Ümid etməkdən başqa çıxış yolumuz yoxdur. Ölkə futbolunu bataqlıqdan məhz belə yeniyetmələr çıxarmalıdır...

    Əvvəlki yazı ilə buradan tanış ola bilərsiniz – https://prosport.az/az/news/id-14113

    Belqraddan hazırladı: Səbuhi Musa

    Futbol

    "Neftçi"dən darmadağın, "Zirə"dən səfər qələbəsi

    19.01.2026 12:35:27
    Futbol

    "Nigeriyada bəyəndiyimiz oyunçular arasında vingerlər də var" – "Qarabağ" rəsmisi

    8.01.2026 16:14:33
    Futbol

    Aftandil Hacıyev Nigeriyada 8 futbolçunu bəyəndi - FOTOLAR

    5.01.2026 12:55:42
    Futbol

    "Qarabağ"ın 2 komandası ili qələbə ilə başa vurdu

    29.12.2025 16:50:08
    Futbol

    "Sabah" 9, "Zirə" 5 cavabsız qolla qalib gəldi

    29.12.2025 16:22:02
    Futbol

    Azərbaycan millisi Rusiya yığması ilə eyni turnirdə

    26.12.2025 13:15:13
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah"ın sabiq futbolçusu "Neftçi"yə keçdi

    22.01.2026 14:04:26

    "Qarabağ"ın uğurları pul gücü ilə əldə edilməyib" – Tahir Gözəl

    22.01.2026 13:38:22

    Alman səfir Almaniya klubu üzərində qələbəyə görə "Qarabağ"ı təbrik etdi

    22.01.2026 13:13:26

    Millimizin futbolçusu klubunu rəsmən dəyişdi

    22.01.2026 12:43:22

    "Kəpəz" Rəhman Hacıyevin transferini açıqladı

    22.01.2026 12:10:32

    Çempionlar Liqası: Kevin Medina ən yaxşılar arasında

    22.01.2026 11:39:15

    Azərbaycanlı hakim Ermənistan millisinin oyununa təyinat aldı

    22.01.2026 11:06:18

    Bakı klubu Azərbaycanda oynamış legioneri transfer etdi

    22.01.2026 10:56:41

    UEFA reytinqi: Azərbaycanı Slovakiyanı qabaqladı

    22.01.2026 10:29:26

    "Son dəqiqədə, son saniyədə qalib gəlmək möhtəşəmdir" - Abdullah Zubir

    22.01.2026 10:00:47

    "Vurduğu qola görə Bəhlulun bütün səhvlərini bağışlamaq olar" - Qurban Qurbanov

    22.01.2026 01:10:33

    "Ümid edirəm ki, UEFA bu hakimin kim tərəfindən təyin olunmasına aydınlıq gətirəcək” – İlham Əliyevdən "Qarabağ" paylaşımı

    22.01.2026 00:52:14

    "Azərbaycan klubuna məğlubiyyət faciə deyil" – "Ayntraxt"ın məşqçisi

    22.01.2026 00:41:55

    AFFA prezidenti "Qarabağ"ı təbrik etdi

    22.01.2026 00:25:35

    "Ayntraxt"a 2 qol vurdu, matçın oyunçusu seçildi

    21.01.2026 23:57:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved