Azərbaycan Basketbol Liqasının XIX turunda "Abşeron" "Naxçıvan"a qalib gəlib.
Prosport.Az xəbər verir ki, A qrupunun oyununda Ərhan Tokərin rəhbərlik etdiyi kollektiv artıq qrup 2-cisi kimi pley-offda yerini təmin etmiş "Naxçıvan" üzərində 60:58 hesablı qələbə qazanıb.
Oyunun bitməsinə saniyələr qalmış İsmayıl Abdullayevin topu oğurlayaraq 2 xal qazanması qələbədə əsas rol oynayıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı 112:103, “Ordu” isə “Lənkəran”ı 87:65 hesabı ilə məğlub edib.