Azərbaycan Basketbol Liqasının XIX turunda daha bir oyun keçirilib.
Prosport.Az xəbər verir ki, B qrupunda 3-cü yeri təmin etmiş “Ordu” debütant və autsayder “Lənkəran”a qalib gəlib.
“Sərhədçi” İdman Mərkəzində keçirilən qarşılaşma Alberto Blankonun rəhbərlik etdiyi kollektivin 87:65 hesablı qələbəsi ilə bitib. Bununla da "Lənkəran"ın sona 1 tur qalmış sonuncu – 6-cı olması rəsmiləşib.
Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" "Quba"nı 112:103 hesabı ilə məğlub edib.