Azərbaycan Basketbol Liqasında XIX tura start verilib.
Prosport.Az xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Quba"nı qəbul edib.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan B qrupunun görüşündə meydan sahibləri 112:103 hesablı qələbəyə sevinib. Bununla da Sumqayıt təmsilçisinin 4-cü yeri tutması müntəzəm çempionatın başa çatmasına 1 tur qalmış rəsmiləşib.
Qeyd edək ki, tura martın 19-da yekun vurulacaq.