Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Basketbol
    "Növbəti oyun üçün cəmi 2 gün vaxtımız var" – "Neftçi"nin məşqçisi
    16.03.2025 16:07:35

    Azərbaycan Basketbol Liqasının "Neftçi" – NTD görüşü nominal meydan sahiblərinin 76:64 hesablı qələbəsi ilə yekunlaşıb.

    Prosport.Az hər iki komandanın məşqçisinin fikirlərini təqdim edir:

    Tahir Baxşıyev (NTD-nin baş məşqçisi): “Matça yaxşı başladıq. Amma oyunun sonu istədiyimiz kimi alınmadı. 3-cü periodda Detrek Brauninq 5 fauldan sonra oyunu tərk etdi. Bu itki özünü göstərdi. Hücumda intizamlı oynaya bilmədik. Bu da məğlubiyyətə gətirib çıxardı. Əvvəlki oyunlarımıza baxsaq, daha çox xal buraxmışdıq. Bu gün rəqibə cəmi 76 xal verdik, amma məğlub olduq. Bu oyunu analiz etməliyik. "Sabah"la oyuna hazırlaşacağıq. Mən heç vaxt hakimlik barədə danışmıram. Və düşünmürəm ki, hakimlərin qərarları məğlubiyyətimizə səbəb oldu. Qərəz görmədim. Hakimlər bacardıqları kimi idarə edir. Hər kəs səhv edə bilər. Digər tərəfdən, basketbol təmas oyunudur. Bu, voleybol deyil. Mən həmişə basketbolçulara oynamağa imkan verilməsinin tərəfdarı olmuşam. Görürəm ki, amerikalılar oyun zamanı bir-biri ilə danışır. Onlar tez-tez verilən faullara təəccüblənir. Müasir basketbolda oynamağa imkan verirlər. Buna baxmayaraq, hesab edirəm ki, hakimlərimiz də inkişaf edir. Hər şeyi birdən əldə etmək olmaz”.

    Daviti Çivçivadze ("Neftçi"nin məşqçisi): “İlk olaraq komandamı yaxşı oyuna və layiqli qələbəyə görə təbrik edirəm. NTD komandası çətin rəqibdir. Ona görə oyun da çox çətin keçdi. İlk hissədə əks-hücumla bağlı bəzi problemlərimiz var idi. Lakin 2-ci hissədə bu problemləri aradan qaldırdıq və yaxşı atışlar etməklə bərabər, həm də aqressiv müdafiə olunduq. Tədricən oyunumuz öz axarına düşdü və sonda qələbə qazanan tərəf olduq. İndi növbəti rəqibimiz olan “Sərhədçi”yə qarşı hazırlaşmalıyıq və bunun üçün cəmi 2 gün vaxtımız var. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, həmin oyunda da qələbə qazanaq".

    Basketbol

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35
    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Top oyunları

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Basketbol

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Basketbol

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Basketbol

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved