Azərbaycan Basketbol Liqasında XVI tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, sonuncu matçda "Gəncə" Bakıda nominal meydan sahibləri sayılan "Quba" ilə üz-üzə gəlib.
Rəqibi 91:83 hesabı ilə məğlub edən "Gəncə" xallarının sayını 28-ə çatdırıb və B qrupunda liderliyini qoruyub. "Quba" 20 xalla 5-cı sıradadır.
Xatırladaq ki, günün ilk matçında "Şəki" "Ordu"nu üstələyib – 89:74. B qrupunda "Gəncə" və "Şəki" eyni xala malikdir.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" "Sərhədçi"ni 89:73, "Sumqayıt" "Lənkəran"ı 88:83, NTD isə “Abşeron”u 98:85 hesabı ilə məğlub edib.
