"Abşeron"la qarşılaşma bizim üçün önəmli idi.
Prosport.Az xəbər verir ki, bunu "Neftçi"nin məşqçisi Daviti Çivçivadze Azərbaycan Basketbol Liqasının XV turunda "Abşeron"la oyundan sonra deyib.
Mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib: “İlk olaraq hamını qələbə münasibətilə təbrik edirəm. Bizim üçün 3-cü yer uğrunda mübarizədə çox vacib oyun idi. Həmişə dediyim kimi, oyun ərzində müdafiəni düzgün qursaq, ribaundlara və ötürmələrə nəzarət etsək, hər zaman qələbə qazana bilərik. Komandamızın bütün bunları etməyə potensialı var".
Qeyd edək ki, "Neftçi" – "Abşeron" matçı Bakı təmsilçisinin 80:56 hesablı qələbəsi ilə yekunlaşıb.
