Milli komandanın oyunları ilə əlaqədar basketbolda yaranmış fasilə başa çatıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan Basketbol Liqasında XV tura start verilib.
İlk olaraq A qrupunda bir oyun keçirilib. "Neftçi" Bakı İdman Sarayında "Abşeron"la üz-üzə gəlib. Oyun Xocalı soyqırımına görə 1 dəqiqəlik sükutla başlayıb.
Qarşılaşma "ağ-qaralar"ın 80:56 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Neftçi" "Abşeron"u qabaqlayaraq 3-cü pilləyə yüksəlib.
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.

